“ Balqabağın bilmədiyiniz 11 faydası

Balqabağın bilmədiyiniz 11 faydası

Balqabaq xüsusilə qışda ən çox yeyilən meyvələrdəndir. Tərkibindəki lif sayəsində uzun müddət tox tutmaqla arıqlamağa kömək edir. Bundan başqa balqabağın bir çox xəstəliklərə də xeyri var. Bunları sizə təqdim edirik:

1. Həzm sistemini gücləndirir və rahatladır.

2. Qəbizliyin aradan qaldırılmasına kömək edir.

3. Bağırsaq qurdları, sidik kisəsi xəstəlikləri və prostatın müalicəsində istifadə olunur.

4. Antioksidant xüsusiyyəti ilə xolesterol xəstəliyinə yaxşı təsir edərək qandakı şəkər miqdarının azaldılmasına kömək edir, bədənin xərçəngə qarşı müqavimətini gücləndirir.

5. Tərkibindəki A və E vitaminlərinə görə göz sağlamlığına da faydalıdır.

6. Bədəni mikroblardan qoruyur, immuniteti gücləndirir.

7. Balqabaq tərkibində olan dəmir, potasium, kalsium, fosfor kimi maddələr nəticəsində sümüyün sağlam inkişafı və qanazlığının aradan qaldırılımasında olduqca əhəmiyyətlidir.

8. Tərkibindəki A vitamini sayəsində dəri və və hüceyrələrin yenilənməyində təsirlidir.

9. Həmçinin, tərkibində olan sink nəticəsində saçların tökülməyinin qarşısını alır və onları gücləndirir.

10. Xərçənglə mübarizədə böyük rol oynayır.

11. Balqabağın tərkibində həm alfa, həm də beta karotin miqdarı digər tərəvəzlərdən daha çoxdur. Karotin maddəsi də xərçənglə mübarizədə ən təsirli maddələrdəndir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar