“Naringi suyu xərçəng riskini azaldır

Naringi suyu xərçəng riskini azaldır

Sevilən dadı və faydalarıyla ön plana çıxan naringinin qabığı və suyu da hər dərdə dəvadır. Naringinin suyu xərçənglə mübarizədə olduqca təsirlidir, qabığı isə yaddaşı gücləndirir.

C vitamini ilə zəngin olan naringinin tərkibində yüksək miqdarda karbonhidrat, protein, sodium, potasium, kalsium və mis kimi maddələr də var.

Naringi suyunun və qabığının digər faydaları isə bunlardır:

  • Qaraciyər xərçənginə tutulmaq riskini azaldır.
  • Soyuqdəymə, qrip və zökəmə xeyirlidir.
  • Yaraların tez sağalmasına kömək edir.
  • Həzm sistemi üçün faydalıdır.
  • Saçların sağlamlığına yaxşı təsir edir.
  • Sinir sisteminə də xeyirli təsiri var, beyin sağlamlığını qorumağa kömək edir.
  • Qabığından hazırlanan çay daxili orqanların sağlamlığını qoruyur.
  • Həmçinin naringinin qabığından hazırlanan çayı müntəzəm qaydada içmək xolesterol səviyyəsini taraz saxlamaqda faydalıdır.

Hamilələrdə səhər bulantılarını keçirməyə kömək edir. Qan şəkərini taraz saxlayır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!