Dəmir baxımından zəngin qidalar ispanaq, çuğundur, alma, badam, armud, pomidor, kartof soyutması və əncirdir. Bədəninizin dəmir səviyyəsini artırmaq üçün bu qidaların hər gün ən az 5 ədədini yeməlisiniz. Bu qidaların bişirilmədən yeyilməsi dəmir ehtiyacınızı qarşılayacaq. Çünki bişirmə dəmiri yarı-yarıya azaldacaq. Əgər bişiriləcəksə, yarı bişirmə kifayətdir.
Dəmirin udulmasını azaldan faktorlardan xüsusilə qaçılmalıdır. Mümkün qədər çay, kofe, siqaret və alkoqoldan qaçın. Bu səbəbdən kofe və çayın yeməkdən sonra içilməsi məsləhət görülmür. Çay, kofe kimi içkilər bitki çayları əlavə olunaraq içilə bilər. Dəmirin udulmasını azaldan bir digər qida isə süddür. Süd dəmirin udulması üçün mədədə lazım olan turş mühiti neytrallaşdırmaqdadır. Bu da lazımi udulmanın olmaması mənasına gəlir. Təzə meyvə şirələri kimi dəmir baxımından zəngin qidaların bəziləri bunlardır.
Çuğundur:
Çuğundurun suyu və bal qarışdırılaraq içilə bilər. Bu, dəmir baxımından mükəmməl dəstək verir.
Banan:
Yetişmiş banan ən zəngin dəmir mənbələrindən biridir. Qanda hemoqlobinin yaranmasına dəstək olmaq üçün gündə iki dəfə balla banan yeyin.
C vitamini baxımından zəngin qidalar:
Bu vitamin bədəndəki dəmirin udulmasını artırmaq üçün təsirlidir. Beləcə aşağı hemoqlobin səviyyələri olan insanların diyetinə daha çox C vitamini əlavə olunmalıdır. C vitamini baxımından zəngin qidalar meyvə və tərəvəzlərdir. Həmçinin, çiyələk, limon, portağal, kivi, mandarin, greypfrut, şaftalı və manqo kimi qidalarda da bol miqdarda C vitamini var.
Bal:
Bal qandakı dəmiri artırmaq üçün mükəmməl bir üsuldur. Bal mangan, dəmir, qalay kimi minerallar baxımından zəngin olmaqla yanaşı hemoqlobini də artırır.
Qırmızı ət:
Qırmızı ət də dəmir çatışmazlığına qarşı faydalı qidalardan biridir.