“Enerji artıran möcüzəvi qidalar

Enerji artıran möcüzəvi qidalar

Bəzi qidalar vardır ki, onlar bədənimizdəki enerjini artıraraq özümüzü daha gümrah və sağlam hiss etməyimizi təmin edir. Xüsusilə ağır iş rejimində işləyənlər bu qidaları daha çox istifadə etməlidirlər. Biz sizin üçün bu qidaların nələr olduğunu araşdırıb yazmışıq.

Balıq:

Balıq protein, eyni zamanda çox miqdarda vitamin və minerallarla zəngindir. Somon, skumbriya, alabalıq, ton balığı və sardiniya kimi yağlı balıqlar qidaları enerjiyə çevirmək üçün əhəmiyyətli vitaminlər olan B6, B3 və B12 vitaminləri ilə, eyni zamanda maqnezium ilə zəngindir.

Tərəvəz:

Enerji üçün çox əhəmiyyətli bir mineral olan dəmir baxımından zəngin olan brokoli, ispanaq, Brüssel kələmi kimi tərəvəzlər enerjini yüksəldir. Karbonhidrat və enerji üçün əhəmiyyətli olan A və C vitamini tərkibi ilə şirin kartof da enerji artırmaqda faydalı qidalardandır.

Yağsız qırmızı ət:

Qırmızı ətin bəzən ziyanlı olduğu deyilir. Ancaq yağsız qırmızı ət bədənin enerji üçün əhəmiyyətli olan protein və dəmir baxımından əskikliyini aradan qaldırmaqda böyük rol oynayır. Belə ki, dəmirin az olması əsas əlamətləri yorğunluq və ümumi bir enerji əksikliyi olan dəmir anemiyasına səbəb olur. Həmçinin qırmızı ət yediyimiz qidalardan enerji almağı təmin edən vitamin olan B12 vitamininin əsas qaynaqlarından biridir.

Lobya və mərcimək:

Tərkibində yüksək miqdarda lif olan bu kimi qidalar enerjini daha sabit bir şəkildə artırır. Mərcimək, qırmızı lobya və sobada bişirilən quru lobya enerji səviyyəsini sabit saxlamaq üçün lazımlı olan dəmir baxımından olduqca zəngindir.

Bu qidaları gündəlik qida rasionunuza əlavə etməklə yorğunluq və halsızlıqdan azad ola, daha enerjili, gümrah və sağlam ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar