Amerikadan bütün dünyaya sürətlə yayılan bir qidalanma üsulu olan “fast food” ölkəmizdə xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılmaqdadır. İşləyən anaların günün qalan hissəsində yemək bişirmək istəmədiyi və hazır yeməklərə istiqamətləndiyi məlumdur. Bu da həm özləri, həm də uşaqları üçün xoşa gəlməyən nəticələrə yol açır.
Hamburger tərzi qidalar qida dəyərlərinin aşağı, kalori dəyərinin yüksək olması, doymamış yağ turşuları ehtiva etməsi səbəbilə çox yeməyin nəticəsində müxtəlik sağlamlıq problemlərinə səbəb olur. Bunlar aşağıdakılardır:
- Yüksək təzyiq,
- Köklük,
- Yağlanma,
- Əsəbilik,
- Sümük əriməsi,
- Uşaqlarda inkişafdan qalma.