“İsti, yoxsa soyuq su içmək daha faydalıdır?

İsti, yoxsa soyuq su içmək daha faydalıdır?

Bədən funksiyalarımızın sağlam işləyə bilməsi üçün hər gün yetərli miqdarda su içməliyik. Bəs suyu isti, yoxsa soyuq içmək daha faydalıdır?

Həyatımızın ən vacib elementlərindən biri sudur. Bədənimizin istiliyinin nizamlanması, toksik maddələrin atılması, sağlam həzm sisteminin gerçəkləşməsi kimi bir çox həyati funksiyalarımızı suya borcluyuq. Suyun necə içilməsi ilə bağlı düşüncələr isə müxtəlifdir. Hansı temperaturda içilməsi xüsusilə diyet edənlərin maraqlandığı mövzulardan biridir. Soyuq suyun daha çox kalori yandırmağa kömək etdiyinə dair düşüncələr var. Bu düşüncəyə əsasən bədənimiz soyuq suyu öz temperaturuna uyğunlaşdıranadək enerjidən istifadə edir, yəni kalori yandırır. Ancaq araşdırmalar soyuq su içənlərlə isti su içənlər arasında kalori yandırılması ilə bağlı elə bir fərq olmadığını ortaya çıxardı.

İndi isə sizin üçün isti və soyuq su içməyin faydalarını təqdim edirik.

İsti su içməyin faydaları:

- İsti su həzm sisteminin yaxşı işləməsinə və qəbizliyə yaxşı təsir edir. Xüsusilə səhərlər ac qarına bir stəkan isti su içmək həzmi sürətləndirir.
- İsti su toksinlərin bədəndən sürətli atılmasına kömək edir.
- Sızanaq kimi dəri problemlərinə yaxşı təsir edir.
- İsti su yuxarı tənəffüs yollarının açılmasına kömək edir.
- Bədəndəki qan axınını sürətləndirir və ağrıları azaldır.
- Oynaq ağrılarına yaxşı təsir edir.

Soyuq su içməyin faydaları:

- Soyuq su infarktla mübarizə aparır.
- Xüsusilə isti yay aylarında soyuq su içmək bədəni rahatlaşdırır, istilikvurmanın qarşısını alır.
- Bədən tərəfindən daha tez sorulur.
- Metabolizmi sürətləndirir.

Hər gün mütləq 2-2.5 litr su içmək və davamlı su içmə vərdişi qazanmaq lazımdır. Su içmək üçün susamağı gözləməyin, çünki su itkisi düşündüyünüzdən qat-qat təhlükəlidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar