Faydaları:
- Tərkibindəki yüksək maqnezium sayəsində dəri sağlamlığına müsbət təsir göstərir və dərini gözəlləşdirir.
- Bol lifli quruluşu sayəsində bağırsaqları yaxşı işlədərək təmizləyir və qəbizlik, bağırsaq xərçəngi kimi xəstəliklərin qarşısını almış olur.
- Bədəndən toksik maddələrin atılmasına kömək edir.
- Bədəndəki halsızlığın və yorğunluğun atılmasına kömək edir.
- İmmun sistemini gücləndirərək xəstəliklərdən qoruyur.
Zərərləri:
- Qızardılmış kartoflar insan sağlamlığı baxımından bir çox təhlükə daşıyır. İlk olaraq həzm edilməsi çox çətindir. Həmçinin həddindən çox yeyilməsi damar sərtliyi və bəzi iltihabi xəstəliklərə səbəb ola bilir. Dişlərə də zərər vurur.
- Yüksək kalorili olması səbəbindən diyetdə olanlara çox yeyilməsi məsləhət görülmür.