“Mütəxəssislər tərkibində bol miqdarda zülal olan 4 qidanı açıqladı

Mütəxəssislər tərkibində bol miqdarda zülal olan 4 qidanı açıqladı

Zülal olduqca çox eşitdiyimiz qida maddələrindən biridir. Əsas da pəhriz edilən dövrlərdə zülalın əhəmiyyəti danılmazdır!

Bədəndə bir çox funksiyaya köməkçi olan zülalın kiloqram başına alınması lazım olan gündəlik miqdarı 0,8 qramdır. Lakin bu nisbət adamın fiziki fəaliyyətlərinə görə dəyişiklik göstərir. Araşdırmalar yüksək zülallı diyetlərin arıqlamağa köməkçi olduğunun ortaya qoyulduğunu və zülal qəbulu üçün ən sadə yolun yüksək zülallı qidalar qəbul etməkdən keçdiyini söyləyir.

Zülalı yüksək qidalar:

Toyuq əti. Toyuq ən çox qəbul edilən yüksək zülallı qidalardan biridir. Toyuğun döş qismi ən yağsız hissədir. 85 qram qızardılmış, dərisiz toyuq sinəsi təxminən 27 qram zülal və 140 kaloriyə malikdir. Edilən araşdırmalara görə yüksək zülal diyetində toyuq yemək çəki itkisinə köməkçi olur. Oxşar təsir, əsas zülal qaynağı olan qırmızı ət qəbulunda da görülməkdədir. Toyuq daha çox pəhriz qidası olaraq qəbul olunur. Pasterizə toyuqlar daha yüksək antioksidant və omeqa 3 səviyyəsinə sahiptir.

100 qramındaki zülal miqdarı: 31 qram (kalorisinin 80%-i)

Hind toyuğu əti. Hind toyuğu aşağı yağlı bir zülal qaynağıdır. Quşların ən yağsızlarındandır. 85 qram qızardılmış, dərisiz hind toyuğu sinəsi təxminən 24 qram zülal və 115 kalori ehtiva edir. Hind toyuğu eyni zamanda niasin, B6 vitamini, selenium, fosfor və sink baxımından zəngindir. Eyni zamanda yüksək miqdarda triptofana malikdir. Bu amin turşusu serotonin sintezinə köməkçi olur.

100 qramındaki zülal miqdarı: 30 qram (kalorisinin 95%-i)

Yumurta ağı. Yumurta keyfiyyətli bir zülal qaynağıdır, çünki bütün amin turşusu növlərini özündə cəmləşdirir. Bir çox vitamin, mineral və antioksidant yumurtanın sarısında olur. Amma yumurtanın ağı da  60% nisbətində zülal ehtiva edir. 243 qram yumurta axında 26 qram zülal var və yalnız 115 kaloridir.

100 qramındaki zülal miqdarı: 11 qram (kalorisinin 91%-i)

Tuna balığı. Tuna balığı az qala saf bir zülal qaynağıdır. Çox aşağı kalori və yağ miqdarına sahiptir. 85 qram təzə tuna balığının bir konservi təxminən 20 qram zülal ehtiva edir və 92 kaloridir. Eyni zamanda yaxşı B vitamini qaynağıdır və müsbət yüklü maqnezium, fosfor və kalium mineralları ilə zəngindir. Tuna balığı həmçinin, yüksək nisbətdə antioksidant xüsusiyyətdəki selenium mineralına malikdir. 100 qramı gündəlik ehtiyacın 52%-ni qarşılayır. Əlavə olaraq iltihaba qarşı olan omeqa 3 turşularını ehtiva edir.

Tuna balığında bir miqdar civə var, lakin yüksək miqdardakı selenium civə toksinlənməsindən qoruyur. Bir konserv tuna balığı həftədə bir dəfə yeyilməlidir.

100 qramındakı zülal: 23 qram (kalorisinin 92%-i)


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar