“Niyə hər gün qatıq yeyilməlidir?

Niyə hər gün qatıq yeyilməlidir?

Qatıq tərkib baxımından südə çox yaxındır. Digər süd məhsullarında südün tərkibinə qatılan maddələrin miqdarından asılı olaraq dəyişiklik daha çoxdur. Südlə qatıq arasındakı fərq özünü daha çox quru maddədə və süd şəkərində (laktoza) göstərir. Bu dəyişikliklər isə əsasən südün emalı zamanı baş verir. Qatığın ümumi tərkib cədvəli belədir: Su 80-86%, quru maddə 14-20%, yağ 2-8%, protein 4-8%, süd şəkəri 2-5%, mineral maddə 0.8-1.2%, turşuluq 0.9%.

Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır. Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır. Səhərlər səhər yeməyindən sonra yeyilən qatıq həzmi asanlaşdırır, bağırsaqların fəaliyyətinə kömək edir. Qatıq bütün yaşlara uyğundur. Ancaq mədəsində və onikibarmaq bağırsağında yara olanlar üçün təhlükəli ola bilər. Qatıq xəstələr və xəstəlik nəticəsində zəifləmiş orqanizmlər üçün də faydalıdır. Eyni zamanda qatıq bağırsaqlarda olan təhlükəli mikrobların çoxalmalarına mane olur. İslah zamanı qatıq dərman kimi tövsiyə olunur. Qatıq tuberkulozlu xəstələrə antibiotik təsiri göstərir. Eyni zamanda yoluxucu xəstəliklərin mualicəsində də olduqca əhəmiyyətlidir. Yoluxucu qara ciyər iltihabında (hepatit) və dietik müalicələrdə istifadə olunur. Bundan başqa, üzə və boyuna sürtdükdə dərini canlandırır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar