Bir çox meyvə-tərəvəz kimi pomidorun da bir çox faydası var. Pomidor ürək xəstəlikləri, diabet, xərçəng kimi xəstəliklərdən qorunmaqda mühüm rol oynayır və eyni zamanda dəri və saç sağlamlığına faydalıdır, artıq çəkilərdən azad olmağa kömək edir. Biz bu yazımızda bu faydalardan ən əsaslarını sizin üçün yazmışıq.
1. Xərçənglə mübarizədə köməkçidir.
Ən güclü antioksidantlardan olan C vitamini və digər antioksidantlarla zəngin olan pomidor xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə apararaq bədəni xərçəngə qarşı qoruyur. Amerika Xərçəng Dərnəyinin apardığı tədqiqatlar nəticəsində pomidorun prostat, ağciyər, mədə və bağırsaq xərçəngindən qorunmaqda çox faydalı olduğu sübut olunmuşdur.
2. Qan təzyiqini nizamlayır.
Bədəndə sodiumun miqdarının azalması ilə qan təzyiqində problemlər yaranmağa başladığını bildirən elm adamları pomidorun bu problemləri aradan qaldırmağa kömək etdiyini və qan təzyiqini tarazladığını təsdiq etmişdirlər. Buna görə də gündə təxminən iki pomidor yeməklə qan təzyiqinizi nizamlaya bilərsiniz.
3. Ürəyin sağlamlığını qoruyur.
Lif, potasium, C vitamini və B qrupu vitaminləri ilə zəngin olan pomidor ürək sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Güclü antioksidant tərkibli olduğuna görə pomidor qanı təmizləyir və damarların tıxanmasının qarşısını alır.
4. Diabet xəstəliyinə faydalıdır.
Aparılan elmi araşdırmalar pomidorun qan şəkərini nizamladığını və sağlıqlı bir səviyyədə saxladığını göstərmişdir.
5. Qəbizliyi aradan qaldırır.
Tərkibində bol miqdarda su və lif olması ilə qəbizlik problemini aradan qaldırmaqda ən təsirli vasitələrdəndir.
6. Dəri üçün faydalıdır.
Pomidor bir çox xəstəliklərlə yanaşı dəri sağlamlığı üçün də olduqca faydalı qidadır. Hamar və sağlam bir cild üçün davamlı olaraq pomidor yemək lazımdır. Antioksidant xüsusiyyəti ilə pomidor dərinin təmizlənməsi və qırışların aparılmasında mühüm rol oynayır.
7. Depressiya və stresslə mübarizə aparır.
Pomidorun digər bir faydası da depressiya və stressə qarşı mübarizə aparmasıdır. Davamlı olaraq pomidor yeyilməsi sinir sisteminə, sinir və beyin hüceyrələrinə yaxşı təsir edir və beləliklə stress və depressiya halları ilə üzləşmənin qarşısını alır.
8. İmmun sistemini gücləndirir.
Güclü və mükəmməl bir antioksidant olması və tərkibindəki çoxlu sayda mineral və vitaminlər sayəsində pomidor immun sisteminin fəaliyyətinə olduqca faydalı təsir göstərir, onu gücləndirir və xəstəliklərə qarşı müqavimətini artırır.