“Qaralmış bananı atmayın -  Faydası daha çoxdur

Qaralmış bananı atmayın - Faydası daha çoxdur

Banan sağlamlıq baxımından olduqca faydalı bir meyvədir. 1 bananda təxminən 540mg kalium var və kalium ürək-damar sağlamlığını qorumaq, təzyiqi nəzarətdə saxlamaq üçün əsas minerallardan biridir. 
Bizə ehtiyacımız olan qida maddələrini təqdim etməklə yanaşı, eyni zamanda mineral, vitamin, lif, tam təbii şəkər və digər faydalı maddələr baxımından da zəngindir. Ancaq qaralmış bananı adətən çürümüş zənn edərək atırıq.
Bəs ləkəli və qaralmağa başlayan bananın digər bananlara nəzərən faydalarının ikiqat artıq olduğunu bilirdinizmi? Sizə xarab zənn etdiyiniz bananın faydaları barədə məlumat veririk.
Qidalanma və pəhriz mütəxəssisləri ləkəli və qaralmağa başlayan bananların sağlamlıq baxımından daha faydalı olduğunu bildirirlər. Bananın qabığında aparılan araşdırmalar nəticəsində xərçəng hüceyrələrini yox edən bir maddə tapılıb.
Xüsusilə qabığının rəngi sarı olan və qaralmağa başlayan ləkəli bananda TNF adlı anti-xərçəng xüsusiyyəti olan bir birləşmə kəşf edilib.
Verilən son açıqlamalara görə bananın üzərində nə qədər qara ləkə varsa, banan o qədər anti-xərçəng təsirə malik olur.
Eyni zamanda ləkəli bananlar digər bananlara nisbətən həzm sisteminə ikiqat faydalıdır.
 
Bananın faydalarından bəziləri:
 
- Mədə yanması
- Qan təzyiqi
- Enerji verir
- Anemiya
- Xora
- Depressiya
- Qəbizlik

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar