Sağlam qidalanma yetərli və düzgün qidalanma anlamına gəlir. Bədənimizi təşkil edən hüceyrələrin nizamlı işləməsi üçün qida maddələrindən, yəni yağlar, karbohidratlar, proteinlər, vitaminlər və minerallardan yetərli miqdarda almalıyıq. Bədənimizin bütün qida maddələrinə ehtiyacı vardır. Tək tərəfli qidalanmaq, yəni sadəcə protein və ya karbohidratlarla qidalanmaq doğru deyil. Vaxtı-vaxtında düzgün qidalanaraq vitaminlər, minerallar və liflər kimi önəmli qida maddələrini də almış olarıq.
İndi isə gəlin, bu qida komponentlərini ayrı-ayrılıqda nəzərdən keçirək.
Karbohidratlar:
Alt qrupda yer alan və tez-tez qəbul olunması lazım gələn qidalardandır. Karbohidratlar düyü, bulğur, makaron kimi qidalardadır.
Minerallar:
Sağlam həyat üçün minerallar olduqca gərəklidir. Minerallar (kalsium, qalay, yod, sink və s.) tərəvəz və meyvələrdə bol miqdardadır. Onlar hüceyrələrin qorunması və sağlam diş, sümük, dəri quruluşu üçün önəmlidir. Minerallar həmçinin ürəyin ritmi, təzyiq, bədənin temperatur nizamı kimi bir çox funksiyalarda rol oynayır.
Proteinlər:
Bədənin ən çox kalori sərfedici hissəsi olan əzələ toxumalarını gücləndirmək baxımından çox önəmlidir. Protein ətdə, süd məhsullarında bol miqdardadır.
Yağ-şəkər:
Yağ və şəkər çox az qəbul olunması lazım olan qidalardır. Ancaq A, D, E və K vitaminləri kimi bədən üçün önəmli vitaminləri daşıma vəzifəsini icra etdiklərindən sağlamlığımız üçün qəbul olunması vacibdir. Maye və qatı yağlar, şəkər və şirniyyatlar bu qrupdandır.
Yemək yemək vərdişlərimiz zehni və fiziki fəaliyyətlərimizə təsir edən ünsürlərdən biridir. Zərərli qidalanma düşünmə və qavrama qabiliyyətimizin azalmasına və yaddaş itkilərinə səbəb olur. Gündə 8 saat yatdığınız halda özünüzü yorğun hiss edir, fiziki və zehni fəaliyyətlərinizdə tez yorulur, yaddaş və düşüncənizdə azalma görürsünüzsə, mütləq yemə vərdişlərinizi gözdən keçirin və növbəti yazılarımızdakı məsləhətlərə nəzər salın.