Səhər yeməyi günə başlamazdan qabaq yeyilən bir yeməkdir. Gün ərzində görülən işlərin sağlam həyata keçirilməsi bir növ səhər yeməyi ilə əlaqəlidir. Bu səbəbdən də səhər yeməyinin yeyilməməsi məsləhət deyil. Qısaca deyə bilərik ki, günün yaxşı keçməsi günə yaxşı başlamaqdan keçir. Günə yaxşı başlanğıc etmək də yaxşı bir səhər yeməyi ilə mümkün olur.
Axşam yeməyi ilə səhər yeməyi arasında keçən uzun müddət ərzində bədən qidaların hamısını istifadə edir və səhər yeməyi yeyilmədiyi halda beynin istifadə etməsi üçün lazımi enerji yaranmır. Səhər yeməyi yeyilmədikdə yorğunluq, baş ağrısı, diqqət və anlama azlığı kimi sıxıntılar yarana bilər.
Səhər yeməyində bunları yeyin:
- Protein tərkibi yüksək olan qidalar. (Süd, yumurta, pendir)
- Meyvə və tərəvəzlərin yeyilməsi uzun müddət toxluq yaradır. Pomidor, cəfəri, təzə bibər kimi tərəvəzlərlə portağal, alma kimi meyvələr və ya meyvə şirələri səhər yeməyində olmalıdır.
- Meyvə-tərəvəz səhər yeməyinin C vitamini baxımından zəngin olmasını təmin edərkən dəmir mineralının udulmasını artıraraq, qanda xolesterol səviyyəsini aşağı salır.
- Səhər yeməyində bir az süd içmək, bir yumurta yemək, bir portağal, xiyar və ya pomidor kimi tərəvəz və ya meyvə yemək günə dinamik və sağlam başlamaq üçün atıla biləcək ən vacib addımdır.
- Xüsusilə böyümə və inkişaf dövründəki uşaqların səhər yeməyində daim bir stəkan süd olmalıdır. Süd içməyi sevməyən uşaqların isə lazımi miqdarda pendir, ya da qatıq yeməsinə nəzarət edin.
- Səhər yeməyində uşaqlara veriləcək əsas qidalar zeytun, yumurta, mürəbbə, bal, bəhməz, çörək, tərəvəz və meyvələrdir.
- Səhər yeməyində mütləq 1 dənə soyutma kartof yeyin.
- Yediklərinizə limon sıxın.
- Qoz, fındıq, badam, kişmiş kimi çərəzlərdən yeyin.