“Yemək yedikdən sonra bunları etməyin!

Yemək yedikdən sonra bunları etməyin!

Yemək yedikdən sonra çay içməyin və ya meyvə yeməyin əslində sağlamlığa ziyanlı olduğunu bilirdinizmi? Yeməkdən sonra bunları əsla etməyin!

Gözəl bir yeməkdən sonra bir az dincəlməkdən daha gözəl nə var? Yeməkdən sonra bir az uzanım, meyvə yeyim, ya da bir stəkan çay içim deyirsinizsə, təəssüflə qeyd etməliyik ki, bu, çox zərərli bir vərdişdir.

Tox halda bunları etməyin:

Yatmaq                                      

Yeməkdən dərhal sonra yatmamağa çalışın. Çünki uzanmış vəziyyətdə mədənizdəki turşu yemək borunuza doğru hərəkət edə bilər. Bir çox insanın mədədə yanğı hissi yaşamasının səbəbi budur. Hətta irəliləyən vaxtlarda reflyuks xəstəliyinə də tutula bilərsiniz. Ən yaxşısı yeməkdən sonra ən az 2 saat oyaq qalmaqdır. Sevdiyiniz bir şeylə məşğul olub, yüngül fiziki aktivlik göstərə bilərsiniz.

Duş qəbul etmək

Yeməkdən sonra duş qəbul etmək olmaz. Çox isti duş qəbul etmək isə xüsusilə ziyanlıdır. Bədənimiz yeməyi həzm etmək üçün bədən temperaturunu qorumaq istəyir, ancaq isti duş qəbul etdiyiniz zaman isti qan axını mədədən çəkilərək, çox istidən bədəni qorumaq üçün dərimizə doğru irəliləyir. Bu da yeməyin həzmini çətinləşdirir.

Çay içmək

Yeməkdən dərhal sonra çay içmək ən sevdiyimiz şeylərdən biri olduğu halda təəssüf ki, bu da çox səhv bir vərdişdir. Yeməkdən sonra çay içmək üçün 1 saat gözləmək ən yaxşısıdır. Çünki yeməkdən sonra mədəyə daxil olan çaydakı dəmir bədən tərəfindən həzm oluna bilmir. Bu, xüsusilə dəmir çatışmazlığı olan qadınlar və uşaqlar üçün məsləhət görülmür.

Siqaret çəkmək

Siqaret çəkən insanlar, adətən, günorta və ya axşam yeməyindən sonra siqaret çəkirlər. Siqaret öz paketlərinin üzərində də qeyd olunduğu kimi sağlamlığa çox zərərlidir və xərçəngə səbəb olan 60-dan çox maddəni özündə cəmləşdirir. Yeməkdən dərhal sonra qəbul edilən nikotin isə bunun təsirlərini daha da artırır.

Gəzintiyə çıxmaq

Gəzinti ən faydalı məşqlərdən biridir. Ancaq yeməkdən sonra tox qarına gəzintiyə çıxmaq elə də faydalı deyil. Bədənimiz hələ yediklərini həzm etməyə çalışarkən edilən gəzinti əksinə həzmin yavaşlamasına və reflyuksa yol açır. Ən yaxşısı gəzintiyə çıxmaq üçün yeməkdən sonra yarım saat gözləyin.

Meyvə yemək

Restoranda və ya evdə yemək yeyərkən, adətən, yeməkdən sonra meyvə yeyirik. Əslində bu, heç məsləhətli deyil. Meyvələr asan həzm olunan qidalar deyillər. Xüsusilə də yeməkdən sonra onların həzm olunması elə də asan olmur. Meyvələrin faydasını görmək üçün ən yaxşısı onu səhərlər və ya ac qarına yeyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar