“Yodlu duzun faydaları

Yodlu duzun faydaları

Doğru bildiyimiz səhvlərdən biri də duzun sağlamlığa olan təsirləridir. Yod metabolizmin düzgün işləməsi, yaddaş, dəri sağlamlığı, diqqət və bağırsaqların işləməsi kimi bir çox orqana təsir edən minerallardan biridir. Bədən yodu sintez etmir. Bu səbəbdən də yod xaricdən yeməklər vasitəsilə qəbul edilməlidir. Hər nə qədər ispanaq, çuğundur, dəniz məhsulları, çiyələk kimi bəzi qidalar yod ehtiva etsə də, hər gün bu qidalar lazımi miqdarda qəbul edilmir. Bu, qalxanvari vəzinin az işləməsinin ən geniş yayılmış səbəblərindən biridir.

80-ci illərdən sonra yod süfrə duzuna əlavə olunduğu üçün xəstəliklərin sayı da azalmağa başladı.

Daha sağlam bir bədən üçün duz aldığınız zaman bunlara diqqət edin.

Qalxanvari vəzi xəstəsi deyilsinizsə və evinizdə də bu xəstəlikdən əziyyət çəkən yoxdursa, aldığınız duzun üzərində mütləq yodlu duz sözü olsun. Bütün duzların kimyəvi quruluşu eynidir. Əsas tərkibində yodun olub-olmamasıdır.

Əgər qalxanvari vəzi xəstəsi deyilsinizsə, amma ailənizdə bu xəstəlikdən əziyyət çəkən varsa, onda yodlu və yodsuz olmaqla iki cür duz alın. Yeməyi duzsuz bişirin. Qalxanvari vəzi xəstəliyi olan şəxs yodsuz, sağlam şəxs isə yodlu duz əlavə etsin.

Hamilələr və süd verən analar üçün yod xüsusilə vacibdir. Çünki uşağın beyin inkişafı üçün yoda çox ehtiyac var.

Yoda istilik və işıq təsir etdiyi üçün aldığınız yodlu duzu qapalı qablarda saxlayın və yemək bişirdikdən sonra duzunu əlavə edin.

Xüsusilə duzsuz yeməyə çalışan təzyiq, ürək və böyrək xəstələrində də yod çatışmazlığı meydana gələ bilir. Bu xəstələrin də həkimləri ilə məsləhətləşərək, yod qəbul etməsi lazım gələ bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar