“Zehni artıran qidalar

Zehni artıran qidalar

Yaddaşı gücləndirmək, beynin funksiyasını yaxşılaşdırmaq və zehni artırmaq üçün qidalanmamıza da fikir verməliyik. Bəzi qidalar vardır ki, onların tərkibində olan maddələr, faydalı yağlar və antioksidantlar sayəsində beyin daha yaxşı fəaliyyət göstərir və yaddaş güclənir. Bu qidaların hansılar olduğuna nəzər salaq.

Somon: Omeqa-3 yağları həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.

Qırmızı və narıncı rəngli tərəvəzlər: Xüsusilə pomidor, kök və qırmızı bibərdə olan antioksidant beynin daha uzun müddət sağlam qalmasını təmin edir.

Üzüm suyu: Üzüm suyu dopamin hormonunun ifrazını artıraraq məsələ həll etmək bacarığını inkişaf elətdirir.

Yumurta: Beynin qatı hissəsi yağdan əmələ gəldiyi üçün onu faydalı yağlarla bəsləmək lazımdır. Yağ turşusu və ya EFA bədən tərəfindən istehsal edilmədiyi üçün onu yediyimiz qidalardan qəbul etməliyik. Yumurta çox yaxşı EFA qaynağıdır.

Qatıq: Qatığın tərkibində olan "tirozin" adlı maddə yaddaşı gücləndirməkdə faydalıdır.

Kartof: Kartof qan şəkərini taraz formada yüksəldir və bunun sayəsində də zəka daha məhsuldar fəaliyyət göstərir.

Acı şokolad: Tərkibində olan maqnezium və antioksidant sayəsində beynə oksigen daşıyaraq daha aktiv fəaliyyət göstərməsini təmin edir.

Çiyələk: Çiyələyin tərkibində olan "fisetin" maddəsi yaddaş itirmənin təsirini azaldır və bu prosesi gecikdirir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar