Yumurtanın təzə olub-olmadığını necə bilmək olar?
Yumurtanın təzə olub-olmadığını kasaya soyuq su tökərək başa düşə bilərik. Əgər yumurta kasanın dibinə gedirsə, deməli, təzədir, əks halda boyatdır.
Yumurta suyu nəyə xeyirdir?
Yumurtanı qaynatdığınız su minerallarla zəngin olur və həmin su bitkiləri canlandırır. Yumurta qaynatdığınız suyu soyuduqdan sonra bitkilərinizə tökə bilərsiniz və bir müddət sonra bitkilərinizin canlandığını görəcəksiniz.
Yumurtanı soymaq çox əziyyətlidir, əliniz yanır və tam soya bilmirsiniz?
Ən asan üsulunu biz sizə öyrədək. Yumurtanı bişirdikdən sonra bir stəkana qoyun və üzərinə çox az miqdarda soyuq su əlavə edin. Stəkanın ağzına əlinizi tutaraq 20 saniyə müddətində çalxalayın və qabıqlarından təmiz ayrılmış yumurtanız hazırdır.