“İdmandan sonra niyə turşu suyu içilir?

İdmandan sonra niyə turşu suyu içilir?

İdmandan sonra xiyar turşusunun suyunu içmək bədənin canlanmasına və itirdiyi mayeni  geri almasına kömək edirmiş.

İdmandan əvvəl daha verimli məşq, həm də məşqdən sonra bədəni yeniləmək və gücləndirmək üçün su qədər yararlı içkilər var. Son vaxtlar isə yeni içki gündəmə gəlib: Xiyar turşusunun suyu.

“Bunun məşq ilə nə əlaqəsi var?” deməyin, bu, daha əvvəlki  vərdişlərinizlə müqayisədə bir az qəribə gələ bilər, ancaq edilən araşdırmalar qıcolmalara qarşı xiyar turşusunun suyundan daha yaxşı bir içki olmadığını göstərdi. Amerikadakı Dakota Əyalət Universitetində aparılan bir araşdırmaya əsasən, məşqdən sonra xiyar turşusu suyu içən idmançılarda sadə su içənlərə nisbətən əzələlərdəki qıcolmaların yüzdə 37 nisbətində azaltdığı göstərilib. Tamamilə təbii olaraq hazırlanmış xiyar turşusunun suyu tərkibindəki maddələr beyindəki qıcolmaların yaranmasına səbəb olan hissəni xəbərdar edir və onların sayının azalmasına səbəb olur. Bəs xiyar turşusunun suyunu bu qədər möcüzəvi edən nədir? Cavabı çox sadədir: Sirkə. Araşdırmalar sirkənin tərkibində olan turşunun mədəyə daxil olduqdan sonra beyinə siqnal göndərdiyini və bu sayədə beyinin əzələlərini rahatlaşdırdığını, qıcolmaların qarşısını aldığını göstərir.

Xiyar turşusu suyunun faydaları

Qıcolmaları keçirməkdən əlavə xiyar turşusunun daha bir çox faydası var:

- Susuzluğun qarşısını alma: Qaçış və məşqdən sonra bədəniniz tərləmə ilə çox duz və su itirir.

- Alkaqolun təsirlərinin qarşısını alma: Alkaqol qəbul etdikdə də bədən su və duz itirir. Turşu suyu isə bədən üçün gərəkli olan suyu və duzu geri qazandırır.

- Enerjini yüksəltmə: Bir saatdan çox davam edən məşqlərdə bədəniniz və zehniniz yorula bilər. Xiyar turşusunun suyu isə idmandan sonra enerjinizin yüksəlməsinə kömək edir.

Qeyd: Turşu suyunu içməzdən əvvəl əlbəttə həkiminizlə məsləhətləşməlisiniz. Ola bilər ki, səhhətinizdə, həzm sisteminizdə olan hansısa nasazlıq səbəbindən turşu suyu sizə fayda yox, ziyan versin. Eyni zamanda çalışın ki, heç nəyi gərəyindən artıq istifadə etməyəsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!