“Arıqlamağın faydaları

Arıqlamağın faydaları

Görmə qabiliyyətinə təsiri

Köklük katarakt, göz təzyiqi və sarı nöqtə xəstəliyi ilə əlaqəlidir. Kataraktla köklük arasındakı bu əlaqənin səbəbi tam olaraq məlum deyil. Ancaq köklük xüsusilə göz təzyiqinə səbəb olan göz bəbəyindəki təzyiq artımına yol açır. Köklük uzun müddətdə görmə qabiliyyətinə ziyan vura bilir.

Üzləri daha asan tanımaq

Araşdırmalara əsasən arıqlamadan sonra beyin daha çox hadisəni və məlumatı toplaya bilir. İsveçdə aparılan bir araşdırmada çox çəkili xanımların arıqladıqdan sonra insanların üzlərini daha yaxşı xatırladığı müəyyənləşdirildi. 6 aylıq dietdən sonra beyində üz tanıma ilə bağlı olan bölmədə aktivlik meydana gəlir.

Dəriyə faydası

Arıqlamaqla təkcə selülitlərdən xilas olmuruq. Dərimizə də təsiri olur. Bir çox dəri probleminin səbəbkarı köklük ola bilər. Köklüyə bağlı olaraq hormonlarda meydana çıxan dəyişikliklər nəticəsində tüklənmə, dəri infeksiyaları və sədəf xəstəliyi kimi problemlər də yarana bilər.

Xoşbəxtliyə təsiri

Arıqlama zamanı tərəzidəki rəqəmlərin azalmağa başladığını gördükdə əlbəttə hər insan xoşbəxt olacaq. Həddindən çox çəkiyə malik insanların iştirak etdiyi təcrübədə bu qrupun depressiyaya daha çox meyilli olduğu ortaya çıxmışdır. Bunun tam əksinin də doğru olduğu müəyyənləşdirilmişdir. Depressiya köklüyə də gətirib çıxara bilər. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!