“Yağları əritmək üçün qarın hərəkətləri

Yağları əritmək üçün qarın hərəkətləri

İncə və formada olmaq üçün bədənimizdəki yağ miqdarının nə qədər əhəmiyyətli olduğunu və bu yağların əsasən qarın nahiyəsində toplandığını hamımız bilirik. Qarın nahiyəsindəki yağları əritməyin və onlardan azad olmağın tək yolu idman etməkdir. Bu bölgənin yağlanması nə qədər asandırsa, bu yağları əritmək də bir o qədər çətindir. Bunun üçün hər gün müntəzəm olaraq qarın hərəkətləri etmək lazımdır.

Birinci hərəkət.
· Arxası üstə uzanın.
. Ayaqlarınızı qaldırın və dizlərinizi doxsan dərəcə açın.
· Dirsəkləriniz açıq bir şəkildə əllərinizi başınızın arxasında birləşdirin.
· Qarnınızı tamamilə içəri çəkin və qabırğalarınızı sıxın.
· Daha sonra dərin bir nəfəs alaraq başınızı yerdən qaldırın və dizlərinizi özünüzə doğru çəkin.
· Bu hərəkəti 15 dəfə təkrar edin.
· Bu hərəkət ilə qarın əzələləriniz işə düşəcək və burdakı yağlar yoxa çıxacaqdır.

İkinci hərəkət
· Arxası üstə uzanın.
· Ələrinizi başınızın arxasında birləşdirin.
· Dirsəkləriniz isə açıq vəziyyətdə olsun.
· Ayaqlarınızı uzadın və dizlərinizi bükməyin.
· Dərin bir nəfəs alaraq başınızı yerdən qaldırın, eyni anda dizlərinizi bükmədən ayaqlarınızı da qaldırın.
· Nəfəsinizi verərkən başınızı və dizlərinizi bir-birinə yaxınlaşdırın.

Üçüncü hərəkət
· Yerdə oturmuş vəziyyət alın.
· Dizlərinizi bükün və kürəyinizi düz saxlayaraq qollarınızı yerə paralel şəkildə uzadıb dizlərinizə baxın. Nəfəs alın və nəfəsinizi verərkən bir qolunuzu yana açaraq arxaya doğru əyilin.
· Yenidən əvvəlki halınıza qayıdın və bu dəfə də digər qolunuzu yana açaraq həmin hərəkəti təkrar edin.
· Bu hərəkəti hər qolunuz üçün 15 dəfə edin.

Dördüncü hərəkət.
· Arxası üstə uzanın.
· Ayaqlarınızı yuxarı hissəsindən etibarən 90 dərəcə bucaqla yuxarı qaldırın.
· Qollarınız yanınızda nəfəs alın.
· Nəfəsinizi verərkən qollarınızı və başınızı yerdən qaldırın və əllərinizi aşağıya doğru itələyin.
· Daha sonra başınızı və qollarınızı yerə əyin və eyni hərəkəti on dəfə təkrar edin.
· Bu hərəkəti edərkən qarın əzələlərinizdəki hərəkətliliyi hiss edəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!