“Qarında piylənmənin qarşısını alan hərəkətlər

Qarında piylənmənin qarşısını alan hərəkətlər

Fitneslə məşğul olmaq bədəndə endorfin, ostrogen və ya testosteron hormonu ifrazını artırma xüsusiyyətinə malikdir. Bu da şəxsin özünü psixoloji olaraq daha yaxşı və enerjili hiss etməsinə şərait yaradır. Bədənin formaya düşməsi isə özünəinamı artırır. Metabolizmi sürətləndirir. Enerjini artırır. Yuxunu tənzimləyir. Stresdən uzaqlaşdırır. Daha sağlam və sürətli düşünməni təmin edir. Ürək və damar xəstəliklərinə tutulma faizini azaldır. Kalori yandırmağı və bədənin enerji sistemini tənzimlədiyindən şəkər xəstələri üçün də faydalıdır. Ancaq şəkər xəstələrinin xəstəlik tipinə görə həkimin də təsdiqləyəcəyi bir məşq proqramı ilə işlənməlidir.

Qarında piylənmə prosesinin qarşısını alan hərəkətlər:

Arxası üstə uzanın. Ayaqlarınızı yuxarı hissəsindən etibarən 90 dərəcə bucaqla yuxarı qaldırın. Qollarınız yanınızda nəfəs alın. Nəfəsinizi verərkən qollarınızı və başınızı yerdən qaldırın və əllərinizi aşağıya doğru itələyin. Daha sonra başınızı və qollarınızı yerə əyin və eyni hərəkəti on dəfə təkrar edin. Bu hərəkəti edərkən qarın əzələlərinizdəki hərəkətliliyi hiss edəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!