“İtirdiyimiz yağlara nə baş verir?

İtirdiyimiz yağlara nə baş verir?

Misal üçün idman və diet ilə 10 kiloqram arıqladıqda bədəninizdə azalan yağlar haraya gedir? Cavabı məqaləmizdə.

Arıqlayarkən yandırılan yağlar enerjiyə və ya istiliyəmi çevrilir? Alimlər bu sualın cavabını araşdırdı.

Arıqladığımız zaman yandırdığımız yağların çoxu verdiyimiz nəfəs ilə bədəni tərk edir. Bir araşdırmada yağın bədəndən nəfəslə çıxdığı mikroskopik səviyyədə metabolizmi araşdıran biokimya mütəxəssisləri tərəfindən aşkarlandı. Ancaq bu arıqlamaq üçün bolluca nəfəs alıb verməyin yetərli olduğu mənasını daşımır. Alimlərin sözlərinə görə idman etmək zəruridir.

Bədənimiz qidalarla aldığımız artıq miqdardakı protein və ya karbohidratı yağ şəklində, yəni triqliserit molekulları halında toplayır. Bu molekullar karbon, hidrogen və oksigen olmaqla 3 atomdan əmələ gəlir. Yağ yandırmağın gerçəkləşməsi üçün isə triqliseritlərin oksidləşməsi lazımdır.

Bir çox oksigen molekulu triqliseridin oksidləşməsi (yanması) zamanı istifadə olunarkən karbondioksid və su meydana gəlir. Əslində bu onsuz da məlum olan bir məlumatdır.

Aparılan araşdırmalara əsasən yağın yüzdə 84-ü karbondioksidə çevrilərək ağciyərlər yolu ilə, geri qalan yüzdə 16-sı isə suya çevrilərək bədən mayeləri ilə atılır. Bir misalla izah etsək, 10 kq yağ yandırıldığı zaman 8,4 kiloqram karbondioksid, 1,6 kiloqram su meydana çıxır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!