“Sevgidən nələr gözləyirsiniz” sualına bu test sayəsində cavab tapacaqsınız:
1) Sevdiyinizlə ilk görüşünüzü necə xəyal edirsiniz?
a) Birlikdə velosiped sürdükdən sonra təbiət qoynunda səhər yeməyi yemək.
b) Şamlarla bəzənmiş evdə kinoya baxmaq.
c) Birlikdə kinoya getmək. Təbii ki, məqsədimiz kinoya baxmaq deyil, yaxınlaşmaqdır.
2) Münasibətinizdə sizin üçün vacib olan nədir?
a) Aramızdakı güclü əlaqə.
b) Məsafə! İki aydan az bir müddətdə əlimdən tuta bilməz.
c) Ona inanmaq istəyirəm.
3) Sevgilinizi sevindirmək üçün ona necə bir hədiyyə alardınız?
a) İstədiyini özü seçməsi üçün sevdiyi mağazanın hədiyyə kartını verərdim.
b) Gözəl bir restoranda yeməyə dəvət edərdim
c) Evdə ikimiz üçün xüsusi bir hazırlıq görərdim.
4) Sevgilinizi düşünəndə ağlınıza ilk olaraq nə gəlir?
a) Onun qolları arasında özümü etibarlı hiss edirəm.
b) Onun yanında vaxtın necə keçdiyini bilmirəm.
c) Gözlərinə baxanda hər şeyi unuduram.
5) Bir oğlanla (qızla) tanış olmusunuz və onun haqqında ilk olaraq nəyi öyrənmək istəyərdiniz?
a) Əvvəlki sevgilisinin xarici görünüşünün necə olduğunu və necə qızları bəyəndiyini.
b) Onun marağını nələrin cəlb etdiyini.
c) Ondan xoşum gəldiyi üçün hər şeyi ilə maraqlanardım.
6) Burak Özçivit ilə hər kəs sevgili olmaq istəyir. Bəs, Burak Özçiviti canlandırdığı hansı rolda görəndə ona vurulmusunuz?
a) “Kara Sevda” - Kemal
b) “Çalıkuşu” - Kamran
c) “Muhteşem Yüzyıl” - Malkoçoğlu
7) Sevgiliniz və dostlarınızla görüşlərinizi tarazlaya bilirsiniz?
a) Hər ikisi üçün kifayət qədər vaxtım var.
b) Bir-birimizi başa düşürük. Həm onun, həm də mənim özümüzə aid vaxtımızın olmasını istəyirik.
c) Sevgilimə çox vaxt ayırmalıyam, əks təqdirdə münasibətimiz tez bitər.
Nəticə:
№ | 3 bal | 2 bal | 1 bal |
1. | a | c | b |
2. | a | b | c |
3. | a | c | b |
4. | b | c | a |
5. | b | a | c |
6. | c | b | a |
7. | b | a | c |
7 – 11 bal arası
İnam mütləqdir!
Sizin üçün münasibətdə inanmaq əsasdır. Özünüzü sevdiyiniz insanın yanında rahat hiss etmək istəyirsiniz. İstədiyiniz insanı əldə etmək üçün səy göstərməlisiniz və səbrli olmaq lazımdır. Münasibətinizə vaxt verin, bir-birinizi tanıdıqdan sonra gözəl münasibət yaşayacaqsınız.
12 – 16 bal arası
Romantik.
Sizi incitməyən, ruhunuzu sakitləşdirən münasibət yaşamaq istəyirsiniz. Sevdiyinizin sizi əzizləməsini gözləyirsiniz. Xəyallarınızdakı kimi sevgilinizin qarşınızda diz çöküb, sevdiyini dilə gətirməsini istəyirsiniz.
17 – 21 bal arası
Dəyişiklik istəyirsiniz.
Enerjili, macərapərəst oğlanlar sizin marağınızı çəkir. Sizin üçün bir oğlan kitab kimi olmalıdır, hər gün təzə bir səhifəsini açıb oxumaq istəyirsiniz. Ancaq belə oğlan tapmaq çox çətindir və zaman keçdikcə, bunu siz də başa düşəcəksiniz. Ətrafınıza diqqətlə baxın, bəlkə də axtardığınız elə yanınızdadır.