Baharın gəlməsi ilə əlaqədar yaşanan fiziki və psixi dəyişikliklər depressiya yarada bilir. Mütəxəssislər normal qidalanma, normal yuxu vaxtı, açıq havada gəzmək, sevdiyiniz insanların ətrafında olmaq və gözəl vaxt keçirməyin sizi mənfi düşüncələrdən və depressiyadan uzaq tutduğunu deyir.
Depressiyanın ilk mərhələsində mənfi düşüncələrinizdən, halsızlıqdan, durğunluqdan yaxa qutarmaq istəyirsinizsə, aşağıdakı sıralamalar baş verdiyində onları tətbiq edin.
1 - Mənfi düşüncələr
Sizi xoşbəxt edəcək bir şeyi düşünün. Misal üçün gülməli kinoya baxın.
2 - Narahatçılıq
Sakit bir yerdə gözlərinizi yumun, sadəcə nəfəs alıb-verin və bunu 8 dəfə təkrarlayın.
3 - İstəksizlik
Evin içində pəncərəni açın, içəriyə təmiz hava daxil olsun.
4 - Durğunluq
Çox istədiyiniz dostlarınız ilə əlaqə saxlayıb söhbətləşin.
5 - Halsızlıq
Açıq havada vaxt keçirin, dəniz kənarında gəzməyə gedin.