“Stressin bədənimizə mənfi təsirləri

Stressin bədənimizə mənfi təsirləri

Stressin yuxu rejimimizə, immun və həzm sistemimizə nə kimi təsirləri olduğunu bilirsinizmi?

Psixologiyamız

Gündəlik yaşanan kiçik streslər insanı bədbinliyə, əsəbiliyə və yorğunluğa məruz qoyur. Stressin həcmi böyüdükcə psixologiyamıza mənfi təsirləri də eyni dərəcədə genişlənməyə başlayır. Yəni stress xronikiləşməyə başladıqda stress hormonları depressiya, panik atak kimi bir çox problemə, hətta yaddaş pozğunluğuna belə səbəb olur. Bu səbəbdən də stressimizi və əsəbimizi nəzarət altında saxlamağa çalışmalıyıq. Özümüzü pis hiss etdiyimizi anladığımız an təmiz havada edəcəyiniz bir gəzinti və ya bizi əsəbləşdirən düşüncələri böyütmək yerinə həll yolu tapıb beynimizdən atmağımız xronikiləşmənin qarşısını alacaqdır.

Yuxu rejimimiz

Bədənimizin nizamını qoruyan və daim tarazlıqda olan iki hormon var. Bunlar seratonin və melatonindir. Bu iki hormonda baş verən nizamsızlıqlar yuxu rejimimizə mənfi təsir edir. Yuxuya getmədə çətinlik yaranır. Yuxu zamanı ayılmalar olur və narahat bir yuxu yaşanır. Stress də yuxu ilə yaxın əlaqəlidir.

İmmun sistemimiz

Bədənimiz təhdidedici bir vəziyyətlə qarşı-qarşıyadırsa, müdafiə sistemimiz işə keçir. Stress zamanı bədənimiz adrenalin ilə dolur və bədənin müqavimətini artıran bir çox stress hormonu ifraz olunur. Bu hormonlar o an üçün vacib olmayan bədən funksiyalarımızı da minimuma endirir. İlk olaraq ikinci plana keçirilənlər isə immun və həzm sistemlərimizdir. Beləliklə stress xroniki haldadırsa, immun sistemimiz zəifləyir. Bu da bizi hər cür bakteriya və virusa qarşı zəif hala gətirir.

Həzm sistemimiz

Mədə ağrıları və yanmalarının altında sadəcə yediklərimiz və ya soyuqdəymənin yatmadığını bilirdinizmi? Yuxarıda qeyd etdiyimiz kimi stress anında ikinci plana atılan həzm sistemimiz də vəziyyətdən olduqca təsirlənir. Stress hormonlarının ifrazı səbəbilə yavaşlayan həzm sistemi xroniki xəstəliklərə səbəb ola bilir. Həmçinin stress qidaların həzm olunmasına kömək edən mikroorqanizmlərə zərər vuraraq, mədənin işini alt-üst edir. Stressi nəzarətdə saxlamaqla yanaşı bol miqdarda su içmək də mədədə yaranan problemlərin qarşısını alacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!