Nəhayət yay fəsli gəldi. Havaların isinməsi və günlərin uzanması ilə birlikdə qan dövranımızdan tutmuş ifraz etdiyimiz hormonlara qədər bütün bədənimiz böyük bir dəyişiklik içərisindədir. Yaya daha sağlam bədənlə girmək üçün məsləhətlərimizi məqaləmizdən oxuyun!
- Günə bir stəkan ilıq su və daha sonra yaşıl çay içərək başlayın. Gün ərzində qan dövranınızdakı dəyişikliyi hiss etdikcə özünüzü xoşbəxt hiss edəcəksiniz.
- Bu fəslin tərəvəzləri ilə qidalanmağa üstünlük verin. Yazda sulu və sərin qidalar qəbul edib, qışda isti, sobada və buxarda, öz suyunda bişmiş qidalar yeyin.
- Əsəbilik, narahatlıq detoksun düşmənidir. Gündəlik həyatda sinir sisteminizi pozacaq hallardan uzaq durun.
- Pis qoxulu yerlərdən uzaqlaşın. Xüsusilə yanınızda siqaret çəkən insanlarla görüşməyə qısa müddətlik də olsa ara verin. Fərqi hiss etdikcə bunu həyat tərzi halına gətirəcəksiniz.
- Gün ərzində gəzinti və yoga kimi yüngül məşqlər edin.
- Yaxşı yatın. Yuxu bədənin öz tarazlığını tapması baxımından çox vacibdir. Lazımi qədər yatmamaq qidalanma vərdişlərinizin də pozulmasına yol aça bilər. Unutmayın ki, xoşbəxt hiss etməyin yolu yaxşı istirahət edə bildiyiniz yuxudan keçir.