“Ağzınız ilə nəfəs alırsınızsa, diqqətli olun!

Ağzınız ilə nəfəs alırsınızsa, diqqətli olun!

Araşdırmalar nəticəsində məlum olub ki, ağzı ilə nəfəs alanlar enerjilərinin yarısını itirirlər. Düzgün nəfəs almağın yolları məqaləmizdə.

İnsan gün ərzində 50 min dəfə nəfəs alıb-verir. Düzgün alınan hər bir nəfəs sağlamlıq üçün çox faydalıdır.

Düzgün nəfəs almaq üçün nə etmək lazımdır?

Dik durun. Ofisdə, restoranda, evdə tez-tez yadınıza salın ki, siz dik durmalısınız. Burnunuzdan nəfəs alıb, ağzınızdan nəfəsi verməlisiniz. Burada əsas məqsəd alt və üst tənəffüs sistemini birlikdə işlətməkdir. Diafraqma əzələsinin hər nəfəs alıb-verərkən aşağı doğru enməsi bağırsaqların, mədə və qaraciyərin hərəkət etməsinə səbəb olur. Düzgün nəfəs almaq çox əhəmiyyətlidir. Kifayət qədər oksigeni içinizə çəkməsəniz, qanınızın tərkibi dəyişəcək. Beləcə xərçəng xəstəliyi əmələ gələ bilər. Xərçəngi əmələ gətirən hüceyrələr oksigenli mühitdə böyümürlər. Çalışın bundan sonra düzgün nəfəs alıb-verin. Düzgün nəfəs almaq pisxologiyanıza və bədəninizə də müsbət təsir göstərəcək.

Burundan nəfəs ala bilməyənlər yorğun oyanır.

Mütəxəssislərin sözlərinə görə ağzımız ilə nəfəs aldıqda enerjimizin yarısını itiririk. Burundan nəfəs ala bilməyəndə yuxudan yorğun oyanırıq. Burnunuzdakı problemi qısa müddətdə həkimə gedərək həll edin ki, yeni açılan səhərlərdə gümrah və enerjili oyanasınız.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!