Əgər asqırmaq istədiyiniz zaman tutub saxlayırsınızsa, bu, sağlamlığınıza ziyan vura bilər. Hətta kiçik bir ehtimal da olsa, öldürə bilər.
Asqırmağın saatdakı sürəti inanılmazdır. Asqıran zaman ağciyərinizdən gələn təzyiq ilə hava saatda 161 km-ə yaxın sürətlə hava kanallarına, yəni ağız və burun kanallarına doğru istiqamətlənir.
Asqırma zamanı ağzınızı və ya burnunuzu hava çıxışının qarşısını alacaq şəkildə bağlasanız, bütün hava qulaqlara doğru istiqamətlənəcək. Bu təzyiqli hava qulağınıza daxil olacağı üçün qulaqda problemlər yarada bilər. Eşitmədə problem və ya uzunmüddətli baş gicəllənməsi yaşaya bilərsiniz.
Ancaq asqırmanın qarşısını almağa çalışmaq qulaqlarınıza verəcəyi ziyandan daha çoxuna səbəbdir. O, gözlərinizdəki qan damarlarına və ya diafraqmaya ziyan vura bilər. Qan təzyiqi bir anda yüksələr və beyindəki qan damarlarını gücə salar.
Hətta bəzi hallarda asqırmağın qarşısını almağa çalışmağın infarkta da səbəb ola biləcəyi deyilir.