“Ayaq şişməsinə qarşı tövsiyələr

Ayaq şişməsinə qarşı tövsiyələr

Ayaq üstə çox olmaq, çox gəzmək və buna oxşar səbəblərdən ayaqlarınız şişir və siz buna görə çox narahatçılıq keçirirsinizsə, məqalədə yazılanları tətbiq etməyiniz kifayətdir.

İsti su ayaq yorğunluğunu aradan qaldırmaq üçün ideal həll üsuludur.  Ancaq ayaq şişkinliyi üçün isti su vannası etməyin.

Şişən ayağınıza türk kolonyası sürtün və masaj edin. Kolonya ayaqda olan istiliyi azaldıb, sərinləşdirəcək. Masaj etdikdən 5-10 dəqiqə sonra ayağınızdakı şişlərin azaldığını görəcəksiniz.

Sağlamlığın qeydinə qalmaq üçün ən yaxşı seçimlərdən biri də idmandır. Ayaqdakı şişləri aparmaq üçün mütəxəssislər ayaq gimnastikasını məsləhət görürlər. Yerə axrası üstə uzanın və ayaqlarınızı yuxarı qaldırın. Elə təsəvvür edin ki, velosipet sürürsünüz. Bu hərəkət qan dövranını sürətləndirəcək və şişkinliklər azalacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!