Bağırsaq tənbəlliyi həm tez-tez rast gəlinən bir problemdir, həm də bu hal həyat keyfiyyətinə mənfi təsir göstərir.
Bağırsaq tənbəlliyinin qarşısını alacaq 5 məsləhət:
Qidalanma saatları
Səhər yeməyini gecə yeyən və yemək saatlarını qaçıran insanlarda bağırsaq tənbəlliyinə daha çox rast gəlinir. Buna görə də səhər 07:00-09:00 arası səhər yeməyi, 12:00-14:00 arası günorta yeməyi, ən gec saat 20:00-da isə axşam yeməyi yeyilməlidir.
Liftdən istifadə etməyin
Atdığınız addım sayını artırmaq bağırsaq tənbəlliyinə yaxşı təsir göstərəcəkdir. Gündəlik gəzinti etmək, liktdən istifadə etməmək faydalı olacaqdır. Həmçinin, 4 gün idmanla məşğul olan insanlarda bağırsaq tənbəlliyi daha az müşahidə olunur.
Hər yeməkdə salat yeyin
Salatı hər dəfə yemək lazımdır. Səhər yeməyində pomidor, xiyar və xüsusilə bibər yeyilməlidir. Yeməklərin yanında 1 yemək qaşığı zeytun yağı əlavə edilmiş 1 kasa salat olduqca faydalıdır.
Çeynəmə
Tikələri yaxşıca çeynəyərək yeyin. Yavaş və yaxşı çeynəmək də həzm sisteminin davamlı işləməsində vacib nüansdır.
Meyvə
Gündə ən az 2 porsiya meyvə yeyilə bilər. Şaftalı və banandan əlavə digər bütün meyvələr tərkibindəki şəkər sayəsində bağırsaq tənbəlliyinə qarşı faydalıdır. Qabıqları ilə yeməkdə fayda var. Sadəcə meyvə şirəsi içmək, təzə olsa da, bağırsaqları işlətmək üçün kifayət deyil.