“Bağırsaqlarınızı tanıyın, həyatınızı dəyişdirin!

Bağırsaqlarınızı tanıyın, həyatınızı dəyişdirin!

Bütün dünya bağırsaqların niyə bu qədər vacib olduğunu müzakirə edir.

Bağırsaq sağlamlığımızın düşündüyümüzdən daha vacib olduğunu bilirdinizmi? Əgər bağırsaqlarımız sağlamdırsa, bu, bizim də sağlam olduğumuzu göstərir. Sağlam bağırsaqlar üçün məsləhətlər Leydi.az-da!

Yorğun olan bağırsağınızı oyatmağa çalışın. Bunu reallaşdırmaq üçün çox vacib bəzi məsləhətlər verəcəyik. Bunların lazımi aralıqlar ilə edilməsi bağırsaq funksiyalarına köməkçi olacaqdır. Gündəlik 5 dəqiqəlik enerji masajı bunu təmin edə bilər.

Bunun üçün arxası üstə yerə uzanın, ayaqlarınızı yüngülcə bükün. Qarnınızı yumşaq bir fırça ilə saat istiqamətində yavaşca masaj edin. Bağırsaq üzərində edilən bu masaj bağırsaqların anotomik yerləşməsinə uyğun edilməlidir. Bu səbəbdən masaja sağ alt qarından başlayın, yuxarıya doğru qalxın, daha sonra sol qarın sərhəddinə və oradan da aşağıya doğru hərəkət edin. Bu hərəkətləri qalın bağırsaq boyu edin. Sonra baş barmağınızı göbək dəliyinizə yerləşdirib, dairəvi masaj edin.

Bunu hər dəfə təxminən 10-15 dəfə edin. Daha sonra ilk etdiyiniz masajı yenidən təkrarlayın. Bu masaj 5 dəqiqə davam etməlidir. Bu masaja baxmayaraq bağırsaqlar daha yaxşı işləmirsə, bəzən magnezium qəbul edə bilərsiniz. Bağırsaq üçün bu üsul olduqca təsirlidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!