“Baş ağrılarının yaranmasının 10 səbəbi

Baş ağrılarının yaranmasının 10 səbəbi

Baş ağrısı bir çox insanın qorxulu yuxusudur. Ancaq heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı da. ABŞ-ın qadın jurnalı olan "Health" bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

1. Çəki - artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı keçirmə riski normal çəkililərdən 35 faiz çoxdur.

2. Xasiyyət - həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər.

3.Tətil - həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər.

4. Qoxu - boyadan gələn qoxular ağrı yarada bilər.

5. Susuzluq - bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.

6. Yemək yeməmək - aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.

7. Kafein - az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər. Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq.

8. Hərəkətsizlik - İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.

9.Yuxusuzluq- gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.

10. Qidalanma - qırmızı şərab, pivə, şokolad, sosis kimi qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!