“Bəyaz və sağlam dişlərə sahib olmağın 5 yolu

Bəyaz və sağlam dişlərə sahib olmağın 5 yolu

Bu gün xəyalınızdakı bəyaz və sağlam dişlərə ən asan yolla sahib olmağın üsullarını bölüşəcəyik.

1. Rejiminizə əməl edin!

Həyatdakı ən vacib şey sizin üçün faydalı olan şeyləri vərdiş halına gətirməkdir. İdmanla məşğul olmaq, sağlam qidalanmaq, təmizliyinizə riayət etmək olduqca vacibdir. Buna görə də diş təmizliyi rejiminizi müəyyənləşdirib, ona əməl edin. Hər səhər və gecə yatmazdan qabaq dişlərinizi mütləq fırçalayın. Bu vərdişlərə hələ də sahib deyilsinizsə, bu gün vaxt itirmədən özünüz və diş sağlamlığınız üçün böyük qərar qəbul edə bilərsiniz.

2. Sizə uyğun gələni müəyyən edin!

Necə geyindiyimiz geyimlər tərzimizi ifadə etmədiyi zaman özümüzü o geyimin içində yad kimi hiss ediriksə, eləcə də şəxsi qulluğumuz da belədir. Diş və diş ətimizin quruluşuna ən uyğun fırçadan istifadə etmək diş təmizliyimiz üçün olduqca vacibdir.

3. Özünüzə vaxt ayırın!

Bir şeyi etmək qədər onu doğru vaxtda və doğru şəkildə etmək də vacibdir. Ürəksiz şəkildə etdiyiniz heç bir şey tam faydalı olmayacaq. Ona görə də dişlərinizə və özünüzə vaxt ayırın. Əgər düzgün fırçalama üsulları ilə doğru vaxtda diş qulluğunuzu etsəniz, qısa müddətdə fərqi özünüz də hiss edəcəksiniz.

4. Bəzi ayrılıqlar gözəldir!

Ayrılıqlar çox vaxt insanı incidir. Ancaq bəzi ayrılıqlar bizə müsbət təsir edə bilər. Necə? 3 ayda bir diş fırçanızla vidalaşın və gigiyena baxımından olduqca vacib olan bu dəyişikliyi bir vərdiş halına gətirin.

5. Yol yoldaşınızı yaxşı seçin!

Gəldik ən vacib məsləhətə. Diş fırçanızı seçdiniz və özünüzə vaxt ayırdınız. Hər şeyi tam etmisiniz, amma diş təmizliyinizdə hələ də istədiyiniz nəticəni ala bilmirsiniz? Onda doğru diş məcununu seçməmiş ola bilərsiniz. Ən doğru diş məcununu həkimizlə məsləhətləşərək müəyyənləşdirə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!