“Böyrəklərinizin dostu 6 qida

Böyrəklərinizin dostu 6 qida

Qatıq böyrəyin təbii dərmanıdır

Kalsium və D vitamini ilə zəngin olan qatıq böyrəyin sağlamlığı üçün çox xeyirlidir. Əsasən də yemək arasında istifadə olunan qatıq böyrək sisteminin nizamlı işləməsinə kömək olur. Təzə meyvəyə və ya tərəvəzlərə qatılıb yeyilən qatıq, meyvələrdəki C vitamini və minerallar ilə birləşib böyrək funksiyasına müsbət təsir göstərir.

Balqabaq tumunun təmizləyici təsiri

Sink və dəmir mineralları baxımından olduqca zəngin olan balqabaq tumu tərkibindəki omega 3 ilə böyrək xəstəliklərinə qarşı çox təsirlidir. Şəkəri tarazlayır və böyrək sistemini təmizləyir. Həmçinin immunitet sistemini gücləndirir, depressiya və xroniki halsızlıq kimi vəziyyətlərdə müsbət təsir göstərir.

Balqabaq böyrək daşının əmələ gəlməsinin qarşısını alır

Balqabaq əsasən böyrək daşı problemləri üçün çox təsirlidir. Balqabağın tərkibindəki kalsium böyrək daşının yaranmasının qarısını alır.

Alma böyrəklər üçün qalxan rolu oynayır

Qırmızı alma böyrək xəstəliklərinin müalicəsində köməkçi olduğu qədər bu problemlərin yaranmamasında da qalxan rolu oynayır. Böyrəkləri təmizləyir və tərkibindəki liflər süzmə funksiyasını yaxşı işlədir. Gün ərzində 1 dənə alma yemək böyrək sağlamlığı üçün vacibdir.

Su tarazlığı üçün cəfərinin əhəmiyyəti

C vitamini ilə zəngin olan cəfəri böyrəklərin təmizlənməsinə və yaxşı işləməsinə köməklik göstərir. Hər gün səhər yeməyində 1 dəstə cəfəri yemək böyrəklər üçün çox xeyirdir. Gün ərzində insanı gümrah saxlayır və mərkəzi sinir sisteminə müsbət təsir göstərir.  

Balanslı istifadə edilən düyü böyrək üçün çox xeyirlidir

Düyü böyrək xəstəliklərinin inkişaf etməməsi üçün çox xeyirlidir. Şəkəri yüksək olan böyrək xəstələri isə düyü böyrəklər üçün xeyirli olub, şəkərlərinə mənfi təsir göstərdiyi üçün çox diqqətli olmalıdırlar. İlk əvvəl həkimləri ilə məsləhətləşib daha sonra yeyə bilərlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!