Banan
B6 vitamini, dəmir, magnezium ve potasiumla zəngin olan banan yüksək lif tərkibli olması ilə stress azaldıcı rolunu oynayır.
Kətan toxumu və qoz
Əhvalınıza yaxşı təsir edəcək qidalar arasında ilk sıralarda olan bu iki qidanın həmişə evinizdə olmağını və ara yeməklərində qozu, ana yemək və salatlarınızda isə kətan toxumunu istifadə etməyinizi tövsiyə edirik.
Acı şokolad
Şokolad bir çox insanın sevərək yediyi qidalardan biridir. Lakin bu zaman diqqət etməli olduğunuz məqam südlü deyil acı şokolad yeməyinizdir. Çünki acı şokolad qan dövranını artıraraq stress hormonlarını nizamlayır və beləliklə özünüzü daha sakit və xoşbəxt hiss edirsiniz.
Göbələk
Tərkibində yüksək miqdarda selenium olan göbələk duyğular və hisslər üzərində də faydalı təsiri olan qidalardandır. Araşdırmalar qorxu, depressiya və yorğunluq kimi problemlər zamanı göbələyin faydalı olduğunu göstərir.
Yaşıl çay
Aparılan tədqiqatlar stressin səviyyəsini aşağı salmaq və özünüzü daha yaxşı hiss etmək üçün yaşıl çayın çox əhəmiyyətli olduğunu göstərir. Yəni xoşbəxtlik üçün, sağlamlıq üçün yaşıl çay için.