“Daha sağlam olmaq üçün iş yoldaşlarınız ilə yaxşı yola gedin!

Daha sağlam olmaq üçün iş yoldaşlarınız ilə yaxşı yola gedin!

Araşdırmalara əsasən iş yoldaşlarınız ilə güclü sosial münasibətlər qurmaq həm fiziki, həm də əqli sağlamlığınızı qorumağa köməkçi olur.

İş yoldaşlarınıza bəzən əsəbləşdiyinizi təxmin edə bilirik. Bəlkə də hər şeyə baxmayaraq işinizdən razı olmasanız da, komanda yoldaşlarınızla qurduğunuz səmimi iş həyatınızı daha xoş edir. Yeni araşdırmalar ofis şəraitində nə qədər sağlam sosial əlaqələr qursanız, o qədər sağlam olacağınızı göstərir.

19.000 insanın qoşulduğu bir araşdırmaya əsasən şirkət işçiləri ilə daha yaxın əlaqələr quranlar daha sağlam bir həyat sürməklə yanaşı, işini itrmə riskiylə daha az qarşı-qarşıya qalır. Bu fikir qulağınıza çox şablon gəldi? Araşdırmaya rəhbərlik edən Dr. Niklas Steffens komanda işinin sağlamlıqla bağlılığını göstərən ilk geniş araşdırmanı hazırladıqlarını bildirir.

Araşdırmaya qoşulan 19.000 iştirakçı söz birliyi içindədir. İş yoldaşlarına qarşı müsbət hisslər içində olduğunu bildirən iştirakçıların həm fiziki, həm də zehni sağlamlığı digərlərindən daha yaxşıdır. Həmçinin sosial qrupa aid olmağın verdiyi məsuliyyət iştirakçılar üzərində psixoloji üstünlüklər yaradır.

Araşdırmanın digər təəccübləndirici nəticəsinə nəzər salaq. İş mühitindəki əlaqələrin sağlamlıqla olan əlaqəsinə qadınlarda daha az rast gəlinib. Stresdən uzaq və sağlam bir həyata gedən yolun zənn etdiyinizdən daha çətin və qarışıq olmadığını heç düşünmüsünüzmü? Bəlkə də iş yoldaşlarınız ilə yaxşı yola getmək problemləriniz üçün axtardığınız həll yolu ola bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!