“Dəniz duzunun sağlamlıq üçün faydaları

Dəniz duzunun sağlamlıq üçün faydaları

Dəniz duzu istifadə etmək insanlar arasında getdikcə populyarlaşır. Məqaləmizdə dəniz duzunun faydaları və sağlamlığa yaxşı təsiri, bədənimizə olan xeyirlərini yazmışıq. Dəniz duzu adından da məlum olduğu kimi dənizdən əldə edilir və əlavə kimyəvi təsirə məruz qalmadan təbii saxlanılır. Sağlam olmaq üçün lazımlı olan bir çox mineral var tərkibində. Bu təbii duz marketlərdə satılan yodlu duzdan daha sağlıqlıdır.
İmmunitetə faydalıdır
Dəniz duzu təbii immunitet gücləndiricidir. Soyuqlama, qızdırma və qrip, allergiya və digər immun pozulması nəticəsində yaranan xəstəliklərlə mübarizə aparır.
Qələvi metallarının səviyyəsi (Litium, Natrium, Kalium, Ribidium, Sezium, Fransium)
İnsanlarda xəstəliklərin yaranmasının ən önəmli səbəbi orqanizmdəki asid səviyyəsinin yüksəlməsidir. Bu duz bədəninizdəki qələvi metallarının miqdarını balanslaşdırmağa kömək edir.
Çəki atdırır
Dəniz duzu çəki atmağa kömək olur. Belə ki, yediklərinizin daha yaxşı həzm olunmasına və qəbzliyin qarşısını almaqda böyük rol oynayır.
Dəri üçün faydalıdır
Dəniz duzu vannası, quru və qaşıntısı olan cildin, eyni zamanda sədəf xəstəliyi kimi ciddi xəstəlikləri yüngülləşdirməyə kömək edir. Bu vanna məsamələri açır, cildinizi yaxşılaşdırmaq üçün toxumaları nəmləndirir.
Astma
Dəniz duzu tənəffüs sistemindəki problemlərin azalmasında da təsirlidir. Beləcə bəlğəm yaranması yavaşlayır, daha rahat nəfəs alırsınız.
Ürək sağlığı
Dəniz duzu yuxarı xolestrol, yuxarı qan təzyiqini azaldır və ürək döyüntüsünün nizamlanmasına kömək edir. Bununla da dəniz duzu infakt və iflicin qarşısını alır.
Diabet
Dəniz duzu bədəndəki şəkər səviyyəsini qorumağa kömək edərək insulin ehtiyacını azaldır. Bu duz şəkər xəstəsi ya da xəstəlik üçün risk altında olanların pəhrizində önəmlo yerdədir.
Osteoporoz
Bədəndəki su və duz əskikliyi ostoeporoza səbəb olur. Bol su içmək və yeteri qədər duz qəbul etmək sümük əriməsinin qarşısını alır.
Əzələ spazmaları
Potassium əzələlərin normal işləməsi üçün çox önəmlidir. Dəniz duzunun tərkibində sadəcə potassium olmaqla qalmaz, o, həmçinin yeməklərin də potassiumu daha yaxşı canına çəkməsinə kömək edər. Beləliklə əzələ ağrıları, spazmaları və qıc olmaların qarşısını almaqda effektivdir.
Depressiya
Dəniz duzunun depressiyanın müxtəlif növlərinin müalicə olunmasında təsirli olduğu bilinən məsələdir. Duz streslə başa çıxma vəzifəsi ola bədəndəki iki vacib hormone qoruyur. Bu hormonlar, yəni serotonin və melatonin hormonları özünüzü yaxşı hiss etmənizə səbəb olur, sizi rahatlaşdırır və gecələri daha yaxşı yuxuya getməyinizə kömək olur.
Dəniz duzu suyu necə hazırlanır?
1 stəkan suya yarım çay qaşığı dəniz duzu qatıb yaxşıca qarışdırın və səhər yeməyindən yarım saat əvvəl için.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!