Baş ağrısı hamımızın ən çox rast gəldiyi problemlərdən biridir. Bir çoxumuz bu zaman dərhal ağrıkəsicilərdən istifadə edirik. Lakin dərmanların xeyrindən çox ziyanı olduğunu nəzərə alaraq biz sizə baş ağrısını dərman istifadə etmədən keçirməyin üsullarını təqdim edirik.
1. Limon. Bir imonun yarısını əlinizdə ovuşduraraq məcun halına gətirdikdən sonra üzünüzə və alnınıza sürtün.
2. Nanə. Bir digər möcüzəvi bitki də nanədir. Nanə sakitləşdirici xüsusiyyəti sayəsində çaya atılıb içildiyində rahatlamağınıza təsir edəcəkdir.
3. Bol miqdarda su için. Çünki, çox vaxt baş ağrılarının səbəbi maye əskikliyi olur. Buna görə gündə 2-3 litr su içilməlidir.
4. Şəkərsiz bir türk qəhvəsi için. İçinə bİr neçə damcı limon sıxıb içdiyiniz zaman baş ağrısına çox yaxşı təsir edir. Tərkibindəki kafein sayəsində qan dövranı güclənir və ağrının ötürülməsi yavaşlayır.
5. Maqnezium qəbulu. Bu mineral əzələləri boşaldır, sinirləri sakitləşdirir. Əskik olması isə tərləmə və stress yaratması nəticəsində baş ağrısına səbəb olur. Maqneziumla zəngin olan paxlalı və taxıllı qidalar yemək baş ağrınızı azaltmaqda faydalı ola bilər.
6. Qazlı sulu ayran. Sadə, təhlükəsiz və ləzzətli bir tövsiyə daha. Stəkanın üçdə ikisinə ayran, qalanına isə təbii mineral su tökün, yaxşıca qarışdırıb için.
7. Boyun hərəkətləri edin. Sadəcə 3 dəqiqənizi aparacaq boyun hərəkətləri etməklə iş yerinizdə keçirdiyiniz uzun saatların yorğunluğunu aradan qaldırmaqla bərabər baş ağrısını da azalda bilərsiniz. Bu hərəkətləri dərin nəfəs almaqla başınızı yavaş hərəkətlərlə sağdan sola, soldan sağa və aşağı-yuxarı çevirərək edə bilərsiniz.