“Dırnaq batmasına qarşı nə etmək olar?

Dırnaq batmasına qarşı nə etmək olar?

Bir çox qadın və kişinin kabusu olan dırnaq batmasının qarşısını almaq üçün ayaq sağlamlığına və ayaqqabı seçiminə diqqət etmək lazımdır. Xüsusilə ayaqdakı baş barmaqda görülən dırnaq batığı bizi incidənədək hiss olunmur. Dırnaq küncdən dəri altına girir və orada böyüməyə başlayır. İncitməyə başladığı zaman bunun dırnaq batması olduğu məlum olur.

Ayaq sağlamlığı üzrə mütəxəssis Georgeanne Botex: “Əgər dırnaq dəri altına girməyə başlayıbsa, bakteriyaların yayılmasına, infeksiyaya səbəb ola bilər. Qırmızı, qabarmış, yanma hiss verən və çox ağrılı dırnaq batması varsa, böyük ehtimalla infeksiya düşmüşdür.” - deyir.

Dırnaq batması niyə olur?

Dr. Botek dırnaq batmasını meydana gətirən səbəbləri bu şəkildə qeyd edir.

İrsi: İnsanların çoxu dırnaq batmasını ailədən və ya valideynlərdən irsi olaraq almaq potensialına sahibdir.

Dar ayaqqabı: Ayağınızı sıxan corab və ayaqqabı geyinmək ağrılı dırnaq batmasının inkişafı üçün şərait yaradır.

Yaralanma: Ayaq dırnağınızı sürətli bir şəkildə bir yerə çırpmaq, üstünə nəsə düşməsi kimi xüsusi hallar da dırnaq batmasına səbəb ola bilir.

Səhv kəsmək: Dırnaq batmasına səbəb olan ən geniş yayılmış səhvlərdən biri də dırnağı çox qısa kəsməkdir. Dırnaq çox qısa olduğu zaman kənarları ətə bitişir. Bu, dırnağın dərinin içinə doğru böyüməsinə səbəb olur. Dırnaqları yuvarlaq yox, küt kəsmək məsləhətdir.

Dırnaq batmasına nə yaxşı təsir edir?

Evdə edilə biləcək şeylər: Əgər dırnağınızda infeksiya əlaməti, şişmə, yanma və ya pis qoxu yoxdursa, dırnağı uzanması üçün buraxa bilərsiniz. Ayaq sağlamlığı üzrə mütəxəssiz Dr. Stock dırnağı isti suya salıb, duz və ya yumşaldıcı bir vasitə əlavə etdikdən sonra antibiotikli krem vurub, bandajlamağı məsləhət görür. Bir neçə gündən sonra ayağınızı isti suda gözlədib təmiz pedikür qayçısı ilə batığı özünüz dəridən çıxarmağı sınaya bilərsiniz. Daha sonra yenə krem vurub, barmağınızı sarıyın.

Ayaq sağlamlığı üzrə mütəxəssisə müraciət edin: Əgər dırnaqda infeksiya varsa, ya da evdə özünüz müalicə edə biləcəyinizdən əmin deyilsinizsə, həkimə müraciət edin. Yerli anesteziyadan istifadə edərək batmış hissə kəsilir, beləcə ağrının azalması və rahatlıq yaranır. Ayağınızda infeksiya olduğunu düşünürsünüzsə, mütləq mütəxəssisə müraciət edin, çünki infeksiya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dırnaq batmasından qorunmaq üçün nə etmək olar?

Batıq yaranmazdan qabaq tədbir görmək çox vacibdir.

- Dırnaqlarınızı çox qısa və kənarlardan kəsməyin, düz şəkildə kəsin.

- Geyindiyiniz corab və ayaqqabıların ayağınızı sıxmadığından əmin olun.

- Ayaq dırnaqlarınıza ziyan vurmamağa çalışın. İdmanla məşğul olursunuzsa, məşqdən sonra yalın ayaq gəzin və ayaqlarınıza istirahət verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!