Dırnaq yemək vərdişinin psixoloji bir problem olması ilə yanaşı bədənə ciddi mənada fiziki zərərləri də toxunmaqdadır. Bunlara misal olaraq:
- Uzun müddət dırnaq yemək dişlərin kəsici kənarlarını aşındırır.
- Dişlər köklərindən boşala bilər.
- Dırnaqların içərisindəki bakteriya və mikroblar diş ətinin mikroba yoluxmasına səbəb ola bilər.
- Ağızda infeksion xəstəliklər yarada bilər.
- Bu mikrob və bakteriyalar bədənə yayılaraq, başqa orqanlara zərər verə bilər.
- Ürək qapaqcıqlarına nüfuz edən bu bakteriyalar və mikroblar ürək-damar xəstəliklərinə səbəb ola bilər.
- Bu mikrob və bakteriyaların ziyanları ağır antibiotik istifadəsiylə belə keçməyə bilər.
Zərərlərdən qorunmaq üçün məşq etmək vacibdir.
Məşq edilməyən bir bədəndə bu cür ziyanların ortaya çıxmasının daha asan olduğunu bildirən mütəxəssislər idman edənlərin immun sisteminin daha güclü olduğunu bildirir. Beləliklə, dırnaq yeməyin nəticəsində yaranmış zərərlərin də bu insanlara yaxınlaşması olduqca çətinləşir. Buna görə də idman və məşqlərin faydasını nəzərə almaq lazımdır.
Dırnaq yemə asılılığının səbəbkarının nə olduğunu digər məqaləmizdən öyrənə bilərsiniz.