“Dişlər pastasız fırçalana bilərmi?

Dişlər pastasız fırçalana bilərmi?

Hər gün ən az 2 dəfə dişləri fırçalamaq lazımdır. Bəs fırçalama zamanı mütləq diş pastası istifadə olunmalıdırmı?

Dişlərimizi yaxşı təmizləməsək, üzərində qida qalıqları və mikroblar toplanır. Ağız içərisindəki bakteriyalar qida qalıntılarındakı şəkərli maddələrdən istifadə edir.

Bu səbəbdən dişlər səhər yeməyindən sonra və axşam yatmazdan qabaq olmaqla gündə ən az 2 dəfə fırçalanmalıdır. Həmçinin nə qədər ideal fırçalama edilsə də, sağlam və xəstlik olan ağızlarda dişlərin aralarındakı ərp tamamilə təmizlənmir. Bu səbəbdən də diş ipi istifadə edilməlidir.

Bəs diş pastası mütləq istifadə olunmalıdırmı?

American Dental Association flüor tərkibli diş pastasından istifadəni məsləhət görür. Yenə də bəzi araşdırmalar təkcə diş fırçası ilə fırçalamanın da ən az diş pastası ilə fırçalama zamanı olduğu qədər ərp təmizləyə bildiyini deyir.

Nəticə olaraq bütün işi diş fırçası görür. Əslində dişləri güzgü qarşısında fırçalayan insanlar üçün diş pastası olmadan diş fırçalamaq daha yaxşı nəticə verir. Çünki bu şəkildə diş ərplərini görmək daha asan olur.

Həmçinin diş pastası ilə fırçalamanın aldadıcı bir cəhəti də ola bilər. Diş pastasının qoxusunu aldıqdan bir neçə saniyə sonra fırçalama dayandırılır. Beləcə, ağız gigiyenası tam olaraq təmin edilmir. Əgər diş pastanız olmadan dişlərinizi fırçalamaq istəyirsinizsə, fırçalamadan sonra diş minasını gücləndirmək üçün flüorlu bir ağız yaxalayıcısı ilə qarqara edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!