Ağız və diş sağlamlığı mövzusunda formalaşmış bir çox səhv inanc diş xəstəliklərinə, hətta dişlərin itirilməsinə səbəb olur. Ağız və diş sağlamlığı haqqında yanlış inancları nəzərinizə çatdıracağıq.
Sərt diş fırçaları daha yaxşı təmizləyir
Yaxşı təmizləmək fırçanın sərtliyindən çox fırçalama texnikasından asılıdır. Orta sərtlikdə diş fırçaları istifadə olunmalıdır. Çox sərt diş fırçaları dişləri aşındıra bilər. Çox yumşaq fırçalar isə bəzən dişləri yaxşı təmizləmir. Dişləri sərt fırçalamaq dişləri təmizləmək yerinə, “fırça çürüyü” deyilən aşınmalara səbəb olur. Dişlərin mina qatı aşındığı üçün altdakı sarı təbəqə ortaya çıxır və dişlər daha sarı görünür. Həmçinin dişləri sərt fırçalamaq dişlərdə həssaslığa və diş ətinin çəkilməsinə səbəb olur.
Diş pastasını çox istifadə etmək dişləri cızır
Dişlərin mina təbəqəsinin cızılması diş məcununun miqdarı ilə əlaqəli deyil. İstifadə edilən diş məcununun tərkibindəki hissəciklərin iri olması ilə əlaqəlidir. Bu səbəbdən də tərkibində iri dənəciklər olan diş məcunları uzun müddət istifafə olunmamalıdır. Fırçanın üstünə qoyulan məcunun miqdarı isə mərci dənəsi böyüklüyündə olmalıdır.
Karbonat və duz dişləri ağardır
Bu maddələr iri dənəcikli olduğu üçün dişin mina qatını cızır və aşındırır. Dişin parlaqlığı gedir. Beləcə yeyib içdiyimiz qidalar dişlərimizi daha qısa müddətdə saraldır.