Evdə balıq saxlamaq belə sizə pozitiv fayda verəcək. Heyvan saxlamaq təklik hissini, stressi azaldır, sosial ünsiyyəti gücləndirir, idman etmək üçün sizi həvəsləndirir və qarşılıqsız sevgi hiss etməyinizə kömək edir. Heyvan saxlamağın insanların daha uzunömürlü olmasında təsirli olması belə sübut olunmuşdur.
Heyvan saxlamağın sübut olunmuş faydaları:
- Heyvan sahibləri heyvan saxlamayan insanlarla müqayisədə depressiyaya daha az düşürlər.
- Evcil heyvan saxlayanların təzyiqi daha nizamlı olur və stressli vəziyyətlərdə daha sakit qala bilirlər.
- Heyvanlarla oyun oynamaq serotonin və dopamin ifrazına səbəb olaraq sizi sakitləşdirir.
- Ev heyvanı saxlayan insanların ziyanlı xolesterol səviyyələri daha aşağıdır. Bunun sayəsində ürək xəstəliklərinə tutulma ehtimalları da aşağıdır.
- Evcil heyvanı saxlayan bir insan infarkt keçirərsə, sağalma ehtimalı daha yüksəkdir.
- 65-dən çox yaşı olan ev heyvanı sahibləri heyvan saxlamayan yaşıdları ilə müqayisədə həkimə daha az getmə ehtiyacı hiss edirlər.
- İt saxlayan insanlar daha çox hərəkət edir və bunun sayəsində daha sağlam olurlar. İt saxlamayan, pişik, ya da balıq sahibi olan insanlar belə saxlamayanlarla müqayisədə daha sağlamdırlar.