Bu səhvi etməyin. Paltarları evin içində qurutmaq ağciyər xəstəliklərinə səbəb ola bilir. Əgər paltarlarınızı evin içində ipdən asır və ya radiatorun üstündə qurudursunuzsa, bilməlisiniz ki, bu vərdiş ağciyər xəstəliklərinə səbəb olur. Mütəxəssislərin bu barədəki xəbərdarlığı çox vacibdir. Paltarları evin içində qurutmaq həm sizin, həm də ailənizin sağlamlığını təhlükəyə atır. Bəs niyə?
Nəmli mühit ölümcül ağciyər xəstəliklərinə səbəb olur.
Misal üçün paltarları radiatorun üstündə qurudursunuzsa, otaqdakı nəmliliyi yüzdə otuz nisbətində artırmış olursunuz. Bu da havadakı kif və digər mikroorqanizmlərin xəstəlik yaradacaq dərəcədə çoxalmasına səbəb olur. Geyimlər quruyarkən onlardakı su molekulları buxarlaşıb, havanı nəmləndirir, yəni otaq daha nəmli hala gəlir. Astma, öskürək, nəfəs darlığı kimi xəstəliklər adətən belə mühitlərdə yaranır. Bu, daha sonra Aspergillosis adlı xəstəliyə çevrilir. Aspergillus adlı bir növ kif göbələyinin ağciyərlərdə yerləşməsi ilə yaranan xəstəlik qızdırma, öskürək, sinədə ağrı kimi bir çox ağır əlamətlər göstərib, ölümcül ola bilir.
Bir paltaryuyan maşın həcmində yuyulmuş geyimlər iki litrə yaxın suyu özündə saxlayır. Paltarları otaqdan asdığınız zaman bu iki litrlik su tənəffüs etdiyiniz havaya yayılır. Biz gözlə görməsək də, bu hal xəstəliyə səbəb olan göbələklərin çox miqdarda artmasına səbəb olur. Nəmli mühit immunitetə təsir edir, xüsusilə immun sistemi zəif olan insanlarda bu xəstəliyə tutulma riski artır. Belə şərait xüsusilə uşaqlara mənfi təsir göstərir. Ən yaxşısı isə paltarları açıq havada qurutmaqdır.