“Gənc yaşlarda beyin qanaması əlamətləri

Gənc yaşlarda beyin qanaması əlamətləri

Beyinə qansızma riskinin qarşısını gənc yaşlarınızdan almağa başlayın. Beyin sağlamlığını qorumağın yolları.

Beyin qanaxmalarına sadəcə yaşlılarda deyil, cavanlar arasında da sıx rast gəlinir. Daha çox anadangəlmə damar anomaliyaları və aktiv keçirilən gənclik dövründə meydana gələn zədələrə bağlı olaraq yaşanan beyin qanamalarında erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Gənclik dövründə yaşanan şiddətli baş ağrıları və həddindən artıq dalğınlıq əlamətlərinə laqeyd qalmayın.

Həddən artıq fikirli olmaq beyin qanaxmasının əlamətlərindən ola bilər

Epilepsiya tutmaları və tez-tez təkrarlanan baş ağrıları beyin qanamalarının əlamətlərdən biridir. Həmçinin həddən artıq fikirli olmaq da bu əlamətlərdəndir.

- Qol və ayaqlarda istək xarici hərəkətlər,

- Şüurunu itirib ürək getməsi, qıcıma və yığılma,

- Sidikqaçırma,

- Ağızdan köpük gəlməsi,

- Qulaqda eşidilən su səsi, cingilti və saat səsi,

- Səhər oyanan kimi başın ağrıması, qaytarma, huşsuzluq və bədənin bir tərəfinin keyiməsi əlamətləri sizdə də varsa, mütləq həkimə müraciət edin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!