Maraq və çox zaman “bir dəfədən heç nə olmaz” düşüncəsi ilə narkotik maddə istifadə etməyə başlayan insanların vaxt keçdikcə asılı hala düşdüyünü yəqin ki, çoxlarınız artıq eşitmisiniz.
Sizin üçün gənclərdə hiss edilən 10 əlaməti yazdıq.
1) Narkotik maddə istifadə edən insanlarda ilk olaraq çevrələrində etdikləri dəyişikliklər hiss olunur. Köhnə dostların yerini yeni dostlar alır. Maddəyə daha rahat çata bilmək üçün bəzi insanlarla yaxınlıq edilir və onlar köhnə dostları ilə artıq görüşmürlər.
2) Hissləri çox tez-tez dəyişir. Buna görə də çox diqqətli olmaq lazımdır. Bu müddət ərzində bəzən çox pozitiv, bəzən əsəbi, narahat və kefsiz ola bilərlər.
3) Dərslərdə ani dəyişikliklər olur. Qiymətləri aşağı düşür. Məktəbə və universitetə getməməyə başlayırlar.
4) Evdə tək qalmaq istəyirsə, evdən gedərkən kiminlə harada olduğunu demək istəmirsə, diqqətli olun.
5) Ailəsi ilə olan münasibətləri mümkün qədər məsafəli olmağa başlayır. Ailələri ilə mübahisə etməmək üçün evdə çox vaxt keçirmək istəmirlər.
6) Geyim kimi gözlə görülən bir şey almadıqları halda çox pul xərcləməyə başlayırlar.
7) Özlərinə, geyimlərinə, xarici görünüşlərinə diqqət etmirlər. Gözləri qızarır, şişir, bədəndə dəyişikliklər hiss olunur.
8) Əsəbilik, gərginlik, insanlarla münasibətlərində problemlər yaşamağa başlayırlar. Diqqətsizlik hiss olunur.
9) Qapalı olurlar. Yuxu rejimləri dəyişir. Ya çox yatırlar, ya da çox az yuxuya ehtiyacları olur.
10) Psixologiyalarında ümidsizlik və inancsızlıq kimi hallara rast gəlinir.