“Göz ağrılarının əsas səbəbləri

Göz ağrılarının əsas səbəbləri

Göz ağrıları tez-tez rast gəlinən problemlərdən biridir. Çox adamda olan göz ağrıları nadir hallarda ciddi bir problemin xəbərçisidir. Göz ağrılarının əsas səbəbləri yorğunluq, az işıq, uzun müddət televizora baxmaq, gözdə meydana gələn infeksiyalar və gözə yad bir cismin qaçmasıdır. Göz ağrılarının səbəblərindən asılı olaraq bir çox müalicə üsulları var. Bundan əlavə eynək taxırsınızsa, göz dərəcənizin dəyişməsi gözünüzdə ağrıya səbəb ola bilər.

Göz ağrısı müalicəsinə başlamazdan qabaq ağrının səbəbi müəyyən olunmalıdır. Gözdə batma və yanma ilə meydana gələn göz ağrıları, adətən, bir infeksiya və ya gözə toz qaçması səbəbindən yaranır. Bu cür ağrılarda göz damcıları istifadə olunaraq qısa müddətdə ağrıdan xilas olmaq olar. Göz ağrısı səbəbindən göz müayinəsinə getdiyiniz zaman bir göz xəstəliyi aşkarlanıbsa, həkim sizin üçün eynək məsləhət görə bilər. Eynək və ya linza istifadə edərək də ağrılarınızdan xilas ola bilərsiniz.

Uzun müddət ekrana baxmaq, həddindən çox işıqlı məkanlarda uzun müddət vaxt keçirmək, az işıqda kitab və qəzet oxumaq kimi vərdişləri tərgitsəniz, yaxşı nəticə əldə edə bilərsiniz. Yuxu və göz istirahəti ən effektiv üsullardır. Yatan zaman məkanın qaranlıq olması gözlərin yaxşı istirahət etməsinə kömək edəcək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!