“Göz rənginizin həyatınıza təsiri

Göz rənginizin həyatınıza təsiri

Göz rənginizin həyatınız haqqında maraqlı məlumatlar verdiyini bilirdinizmi?

Gözünüzün rənginin qəhvəyi, ala, mavi ya da yaşıl olması sadəcə görünüş olaraq sizi digərlərindən ayırmır. Amerikadakı universitetlərdən biri olan Pittsburgh-un keçirdiyi araşdırmanın nəticələrinə əsasən göz rəngləri maraqlı nəticələri ortaya çıxarır.

Mavi rəngli gözü olanların kökü Qaradənizə qədər gedirmiş

Amerikalı alimlər mavi göz rənginin təxminən 6.000-10.000 il bundan əvvəl Qaradənizdə yaşayan bir insanın genetik mutasiyası nəticəsində ortaya çıxdığı qənaətinə gəliblər. Yəni bu, o deməkdir ki, dünya üzərində yaşayan hər mavi gözlü insan uzaq qohumdur.

Açıq rəngli gözləri olan qadınlar daha asan övlad dünyaya gətirir

Göz rəngləri açıq rəng olan qadınların digər qadınlarla müqayisədə uşaq dünyaya gətirərkən daha az ağrı hiss etdiyi müəyyən olunmuşdur.

Gözləri açıq rəng olanlar daha çox spirtli içki içir

Açıq rəngli gözləri olan insanlar tünd rəng gözlülərə nisbətdə alkoqolun təsirlərini daha yavaş hiss edir. Beləcə, daha çox alkoqol qəbul edirlər. Tünd rəngli gözləri olanlar isə alkoqolun təsirini tez hiss etdikləri üçün alkoqolun qəbulunda xeyli azalma olur.

Gözləri tünd rəng olanların refleksləri daha güclüdür

Gözə rəng verən melanin beynimizin də daha sürətli reaksiya verməsini təmin edərək reflekslərimizi gücləndirir. Tünd rəngli gözlərə sahib olan insanlarda melanin səviyyəsi daha yüksək olduğu üçün refleksləri daha güclü olur. Bu da onların maşın idarə etməkdə, idmanda daha uğurlu olmasına səbəb olur.

Açıq rəng gözlərə sahib olan insanların öyrənmə qabiliyyəti daha güclüdür

Tünd rənglilərin əksinə, açıq rəngdə gözlərə sahib olan insanların beyin fəaliyyətinin digər insanlarla müqayisədə daha yavaş olması onları planlama və proqramlama işlərinə ehtiyac olan sahələrdə daha uğurlu hala gətirir. Daha yavaş və daha sağlam bir öyrənmə dövrü keçirdikləri üçün təhsil həyatlarında və hər cür planlamaya ehtiyac olan işlərdə uğur qazanırlar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!