Gözlərinizin sağlamlığına və qulluğuna diqqət edirsinizmi? Üzünüzdə ilk olaraq diqqət çəkən gözləriniz hislərinizi ifadə edir. Bəs hansı səhvlər göz sağlamlığınızı poza bilər?
Kontakt linza ilə yatmaq
Kontakt linzalar gözünüzdə görmə problemlərinin düzəldilməsində və göz rənginin dəyişdirilməsində istifadə olunur. Rahat istifadə və çeşidlilik kontakt linzaların get-gedə daha da populyar olmasına səbəb olur. Ancaq kontakt linzaların təmizlik və qulluğuna diqqət göstərmək, istifadə müddətinə nəzarət etmək və axşam yatarkən mütləq linzaları çıxarmaq lazımdır.
Gözləri ovuşdurmaq və qaşımaq
Gözlərinizi çox ovuşdurmaq və qaşımaq keratokonus xəstəliyinin yaranmasına səbəb ola bilər. Allergiya səbəbilə qaşıntı hissi yaşayan insanların müalicə almaları vacibdir.
Kompüter arxasında uzun müddət keçirmək
Günümüzdə insanların kompüterdə oturma müddəti 7-8 saatdır. Davamlı şəkildə ekrana baxılaraq iş görülməsi isə gözlərdə mənfi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də bəzən ekrandan uzaqlaşaraq gözlərinizə istirahət verməlisiniz.
Keyfiyyətsiz gün eynəyindən istifadə
Bir çox insan günəşin dəriyə zərər verdiyini bilsə də gözlər üçün zərərli olduğunu bilmir. Küçəyə çıxdığınız zaman günəşin altında gözlərinizi qıymaq gözünüzə zərərli ola bilər.