Bəzi vərdişləriniz bütün gün özünüzü tükənmiş hiss etməyinizə səbəb ola bilər.
Yuxunuzu almamaq özünüzü tükənmiş hiss etməyinizin ən böyük səbəblərindən biri ola bilər. Ancaq enerjinizin aşağı olmasının başqa səbəbləri də var.
Yataqda çox vaxt keçirmək
American Academy of Sleep Medicine-dən Dr. Raj Dasgupta yatağın sadəcə yatmaq üçün istifadə olunmasını lazım bilir. Əgər oyandıqdan sonra yataqdan çıxmasanız, zehniniz bu müddətin yuxu halı olduğunu, günə başlama vaxtı olmadığını deyəcək. Daha da pisi isə yenidən yatmaqdır. “5 dəqiqə də”, “10 dəqiqə də” təxirə salmağınız birdən birə 1 saata çevriləcək və oyanma zamanınız yüngül yuxu zamanına yox, REM yuxusuna düşəcək. Dərin yuxudan oyanmaq gün ərzində özünüzü daha yorğun hiss etməyinizə səbəb olacaq. Ən doğrusu səhər yuxudan ayılan kimi yataqdan çıxmaqdır.
Su içmirsinizsə
Yuxu zamanı bədən gün ərzində içilən suyu sormağa davam edəcək. Bu da yatdığınız 8 saat ərzində bədənin sudan məhrum qalması deməkdir. Bu səbəbdən də səhər oyandığınız zaman ağız quruluğu ilə qarşılaşa bilərsiniz. Əgər yenidən maye qəbul edilməsə, enerji səviyyəsi aşağı düşür. Araşdırmalar orta dərəcədə bir susuzluğun da yorğunluğa səbəb olacağını deyir. Evdən çıxmazdan qabaq mütləq maye qəbul edin.
Açıq havada az vaxt keçirmək
Mavi işıq yuxu gətirən melatonin səviyyəsini aşağı salır və bu da ayıq qalmağa kömək edir. Bu səbəbdən də açıq havada olmaq, gün işığından faydalanmaq lazımdır. Günəş eyni zamanda enerji səviyyənizi yüksək saxlamağa kömək edən D vitaminini də təmin edir. Araşdırmalar D vitamini çatışmazlığının xroniki yorğunluğa səbəb olduğunu deyir. Əgər D vitamini çatışmazlığınız varsa, günəşə çıxaraq özünüzü daha yaxşı hiss edə bilərsiniz. Bu isə əlbəttə bir anda deyil, zamanla olacaq bir şeydir.
Musiqi seçimi
Davamlı olaraq fitness salonuna getdiyiniz halda qaçış zamanı ürəyiniz sıxılırsa, düzgün musiqi seçimi bu problemi həll edə bilər. Ürək döyüntülərinizi sürətləndirəcək və tempinizi artıracaq musiqilər şübhəsiz ki, idman verimliliyinizi artıracaq. Araşdırmalara görə dəqiqədə 120-145 vuruşlu musiqilər daha sürətli qaçmağınıza kömək edir. Eynisini yataqdan qalxa bilmək üçün də istifadə edə bilərsiniz. Bu vərdişlər enerjinizi yüksəltməyə kömək edə bilər.